Yuxarı

Ziya Məmmədovun qardaşı oğlu DİN-də dindirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ziya Məmmədovun qardaşı oğlu DİN-də dindirildi

Nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədov mayın 21-də səhər Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə çağırılıb.

Bu barədə məlumatı "Virtualaz.org" saytı hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrinə istinadən yayıb. Saytın xəbərinə görə, DİN əməkdaşları Aynar Məmmədovu "Yeni Müsavat" qəzetinin müxbiri Fərahim İlqaroğluna hücum edilməsi məsələsi ilə bağlı dindirərərk sorğu-sual ediblər.

Qeyd edək ki, jurnalistin döyülməsində şübhəli bilinən idmançı Tural Bayramov artıq həbs edilib. Lakin "Yeni Müsavat" qəzetinin Baş redaktoru Rauf Arifoğlu hesab edir ki, jurnalistə sui-qəsdi məhz Ziya Məmmədovun qardaşı oğlu sifariş edib. Baş redaktor bunu görüşü zamanı Daxili İşlər naziri Ramil Usubovun da nəzərinə çatdırdığını mediaya bildirmişdi.

Xatırladaq ki, "Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlu aprelin 25-də naməlum şəxslərin hücumuna məruz qalıb. Jurnalist yaşadığı binanın blokundan çıxarkən vəhşicəsinə döyülmüşdü.

Tarix
2014.05.22 / 01:48
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla