Yuxarı

Azərbaycanlı qızları Dubaya İrandan daşıyırlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə ABŞ Dövlət Departamenti dünyada insan alverinə qarşı mübarizəyə dair növbəti illik hesabayını açıqlayıb. Hesabatda Azərbaycanın müvafiq strukturlarının insan alverinin qarşısının alınması və insan alveri qurbanlarına yardım sahəsində irəliləyiş əldə etdikləri vurğulanmışdı. Lakin hesabatın İrana aid hissəsindən məlum olur ki, qonşu ölkədə bu sahədə vəziyyət daha ağırdır.

Virtualaz.org xəbər verir ki, hesabatın İrana aid hissəsində yoxsul ailələrdən olan qadın və qızların ailələrinə dəstək üçün işləməyə can atması onları insan alverçilərinin qurbanlarına çevirir. Belələrini iş adı altında aldadaraq cinsi istismara məruz qoyurlar, xarici ölkələrə satırlar. Hesabata əsasən İranda 13-17 yaşlı qızlar seks-tacirlərinin daha çox marağını cəlb edir.

Bildirilir ki, İranda 13 yaşına qədər olan qızlar ev qulluqçuları kimi işlədilir, 13 yaşına çatanda isə insan alverçiləri onları cinsi istismar məqsədi ilə satırlar. Hesabatda göstərilir ki, son vaxtlar Dubayda fahişə kimi işləyən gənc iranlı qadınların sayı kəskin artıb, bu da İranda insan alveri sahəsində vəziyyətin pisləşməsi ilə izah oluna bilər.

Dövlət Departamenti habelə bildirir ki, qonşu ölkələrdən də qadınlarıın seksual istismar məqsədi ilə iranlı insan alverçiləri tərəfindən cəlb edilməsi, onların İran üzərindən Fars körfəzinin başqa ölkələrinə satılması halları geniş yayılıb.

“Məlumatlara görə Tehranda, Təbrizdə, Astarada seksual istismar olunan yeniyetmə qızların sayı artmaqdadır. İranda siğə adlanan “müvəqqəti” və ya “qısamüddətli” nigahlar mövcuddur ki, bu “nigahın” müddəti bir saatdan bir həftəyə qədər davam edə bilir. Siğə kommersiya məqsədli seksual istismar üçün tətbiq olunur”-hesabatda deyilir.

Hesabata əsasən İranın Şiraz əyaləti insan alverçilərinin əsas mərkəzidir və Azərbaycandan olan qızlar bu vilayət üzərindən tranzit olaraq Birləşmiş Ərəb Əmirliklərinə kommersiya məqsədli seksual istismar üçün göndərilir.

Tarix
2017.07.01 / 11:16
Müəllif
Axar.az
Digər xəbərlər

Qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi...

Bu əməliyyat dövlət suverenliyinin bərpasının yeganə yolu idi

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla