Yuxarı

Koç Xankəndindəki biznesinə aydınlıq gətirdi – Eksklüziv

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koç Xankəndindəki biznesinə aydınlıq gətirdi – Eksklüziv

"Şirkətimizin istehsal etdiyi məhsulların, digər ölkələr kimi, Ermənistanda da satılması mümkündür. Qarabağ bölgəsində olan reklam ilə bağlı məsələyə isə şirkət rəhbərliyi aydınlıq gətirə bilər. Sorğunuzu cavablandıracağıq".

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin məşhur Koç Holdinqinə aid olan "Arçelik" şirkətinin media ilə əlaqələr şöbəsindən Ufuq Durmaz dedi. Çalışdığı şirkətə aid olan BEKO ticarət markasının Xankəndində reklam edilməsi və ümumiyyətlə, Koç Holdinqin Dağlıq Qarabağın separatçı rejimi ilə biznes əlaqələrini təkzib etməyən Durmaz bildirdi ki, qısa zamanda rəhbərliyə məlumat veriləcək və rəsmi sorğumuz cavablandırılacaq.

Xatırladaq ki, Koç Holdinqin Azərbaycanın işğal altındakı Qarabağ ərazisində biznes şəbəkəsi qurması barədə fakt yeni deyil. Bu barədə ilk məlumat "Yeni Müsavat" qəzetinin 05 dekabr 2009-cu il sayında yayımlanıb. Qəzet şirkətin İrəvandakı hüquqi ünvanını da əldə edib və Dağlıq Qarabağda satış həyata keçirməsini üzə çıxarıb:

"Beko şirkətinın İrəvandakı xidmət mərkəzi: Sebastia 81/1, ofisi Leninqradyan 23/1; mağazaları Leninqradyan 23/1, Maştots 7, David Anaxt 8, Arqavand-Parakar şosesi, Sebastia 81/1 ünvanlarında yerləşir".

Bu məlumatdan 2 il sonra - 2011 ci ilin 21 dekabr tarixində "Yeni Müsavat" qəzeti adıçəkilən firmanın Dağlıq Qarabağda fəaliyyətini dayandırdığı barədə rəsmi xəbəri də dərc edib.

Yazıda qeyd edilir ki, Azərbaycan mediasının məsələyə həssas yanaşmasından sonra şirkət qondarma rejimlə ticarət əlaqələrinə son verərək, Dağlıq Qarabağdakı şirkət təmsilçiliyinin lisenziyasını ləğv edib.

Görünür, məsələnin üstündən bir neçə il keçdikdən sonra Koç Holdinqə aid şirkət qondarma rejimlə ticarət münasibətlərini yenidən bərpa edib. Çünki "Teleqraf.com"un sosial şəbəkəyə istinadla yaydığı və Koç Holdinqin Xankəndində fəaliyyətini əks etdirdiyini təsdiqləyən şəkillər yenidir.

Məlumat üçün bildirək ki, Dağlıq Qarabağın separatçı rejimi ilə həm siyasi, həm də iqtisadi əlaqələr qurmaq beynəlxalq qanunları pozmaqdır və Azərbaycan tərəfinin haqlı etirazı ilə qarşılanır. Bunun Türkiyəyə aid bir şirkət tərəfindən edilməsi isə həm də mənəvi məsələ kimi qiymətləndirilir və qətiyyətlə pislənilir.

Məsələni gündəmdə saxlayacağıq…

Tarix
2014.05.22 / 14:26
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat

WUF13 bunun üçün həlledici məqam olacaq

Prezident Anaklaudia Rossbaxı qəbul etdi - Foto

Gələn ay Bakıda mühüm tədbir keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla