Yuxarı

XİN ermənilərlə işləyən türk şirkətini araşdırır - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN ermənilərlə işləyən türk şirkətini araşdırır - Açıqlama

"Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağın separatçı rejimi ilə iqtisadi əlaqələr quran Koç Holdinqlə bağlı xəbələri araşdırır".

Bu sözləri Axar.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

O, hazırda Xarici İşlər Nazirliyində məsələ ilə bağlı ciddi araşdırmalara başlanıldığını bildirib:

"Azərbaycan Xarici İşlər Nazirliyində Xankəndindəki Türkiyə şirkətinin fəaliyyətilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri bitən kimi daha geniş məlumat veriləcək".

Qeyd edək ki, dünən "Teleqraf.com" saytında Xankəndində türk şirkətinin reklam lövhəsi olan xəbər yayımlanıb. Reklam lövhələri Koç Holdinqə aid BEKO şirkətinindir. Holdinqdən məsələni Axar.az-a təsdiqləyiblər.

Xatırladaq ki, Qarabağın işğal edilən ərazilərindəki separatçı rejimlə siyasi və iqtisadi əlaqələr qurmaq beynəlxalq konvensiyalara ziddir və Azərbaycan haqlı olaraq bu cür təşəbbüsə cəhd edən ölkə və şirkətlərə birmənalı münasibət sərgiləyir. Türkiyəyə aid bir şirkətin belə addımı isə həm də mənəvi məsələdir.

Tarix
2014.05.22 / 15:35
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla