Yuxarı

İcra başçısı Alxanlıdakı son vəziyyət haqda danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısı Alxanlıdakı son vəziyyət haqda danışdı

İyulun 4-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin təxribat törətdiyi Füzuli rayonunun Alxanlı kəndində vəziyyət sabitdir.

Bu barədə Trend-ə açıqlamasında Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev məlumat verib. Onun sözlərinə görə, hazırda kənddə əhali gündəlik həyat tərzini davam etdirir: "Ermənilərin təxribat törətməsi birinci dəfə deyil. Onlar mütəmadi olaraq Azərbaycan ərazilərini atəşə tuturlar. Amma Füzuli camaatını bu cür təxribatlar qorxutmur. Hazırda Alxanlı kəndində və rayonda hər şey qaydasındadır, əhali gündəlik işi ilə məşğuldur”.

İcra başçısı bildirib ki, ötən gün baş verən insident erməni vandalizminin növbəti nümunəsidir.

A.Alıyev əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələri prosesləri tam nəzarətdə saxlayır.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb

Tarix
2017.07.05 / 11:27
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla