Yuxarı

Ermənistan dövləti buna əməl etməlidir... – Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyi olaraq son günlər cəbhə bölgəsində baş vermiş vandalizm hadisəsini qəti olaraq pisləyir, bu vəhşilikdə Ermənistan Respublikasını, həmçinin ermənipərəst mövqe tutan dünya miqyaslı təşkilat, fond, agentliklərin məsuliyyət daşıdığını bildiririk.

Axar.az xəbər verir ki, bu sözlər Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyinin cəbhənin Alxanlı kəndində erməni işğalçıları tərəfindən mülki əhaliyə qarşı törədilən təxribatla bağlı yaydığı bəyanatdandır.

Bəyanatda Ermənistanın beynəlxalq konvensiyaları pozduğu vurğulanıb:

“4 iyul 2017-ci il saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb. Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

Baş verən hadisə 1949-cu il Cenevrə konvensiyasının, ona olunan 1 saylı əlavənin, uşaq və insan hüquqlarının müdafiəsi dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi (822, 853, 874 və 884) hələ də yerinə yetirilmir. Təəssüf hissi ilə bildirmək istərdik ki, son hadisə beynəlxalq aləmə yayılsa da, hələ də vandalizm aktı ilə bağlı beynəlxalq arena işğalçı siyasət yürüdən Ermənistana sərt reaksiyasını bildirmir və sanksiyalar tətbiq etmir. Bu da işğalçı və terrorçuluq fəaliyyəti ilə məşğul olan Ermənistana şərait yaratmaq anlamına gətirib çıxarır.

İctimai Birlik olaraq, erməni separatçılarının beynəlxalq müqavilələrin tələblərinə əməl etməklərini, törətdikləri vəhşiliyə görə beynəlxalq qurumların separatçı dövlətə təzyiq göstərmələrini tələb edirik”.

Tarix
2017.07.06 / 18:08
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək

Əli Əsədov bu türk ölkəsində səfərdədir

Bakıdan Kiyevə daha bir jest: Bu kvotalar artırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla