Yuxarı

Türkiyə mediası: Azərbaycan Ermənistanı vurdu - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə mediası: Azərbaycan Ermənistanı vurdu -

Türkiyənin "Taymtürk", "Haberler", türkcə "Sputnik" və digər mətbuat orqanları bu gün Azərbaycan ordusunun Ermənistan ordusuna endirdiyi zərbədən yazıb.

Axar.az xəbər verir ki, Türkiyə mediası cəbhə xəttində gərginliyin hələ də davam etdiyini və Azərbaycanın erməni ordusunun mövqelərinə zərbələr vurduğunu bildirib.

Türk mediası "Azərbaycan Dağlıq Qarabağda Ermənistan ordusunu vurdu", Azərbaycan Ermənistanı vurdu" , "Azərbayca erməni birliklərini vurdu" başlıqları altında məlumat yayıblar.

Qeyd edək ki, Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün iyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub.

"Cəbhənin Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, ilkin məlumata görə, düşmənin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb.

Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrinə cavab zərbələri endirmək məqsədilə qoşun növləri və qismləri döyüş tətbiqi üçün hazır vəziyyətə gətirilib", - nazirlikdən bildirilib.

Tarix
2017.07.07 / 20:07
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla