Yuxarı

Nazirdən polis rəislərinə göstəriş: Qısa müddətdə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərazi polis orqanlarının rəisləri əməliyyat-xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün təsirli tədbirlər görməli, aidiyyatı baş idarə və idarələr yerlərdə aparılan qabaqlayıcı işi, həyata keçirilən əməliyyat-axtarış tədbirlərini gücləndirməli, yerlərə idarəçilik təsirini və praktiki köməkliklərin effektivliyini artırmalıdırlar.

Axar.az xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov bu gün keçirilən geniş kollegiya iclasında deyib.

İclasa yekun vuran nazir Ramil Usubov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin yerinə yetirildiyini, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiyini, eləcə də digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirib.

Kollegiya iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldən, tapşırıq və tövsiyələrini verən nazir tələb edib ki, ərazi polis orqanlarının rəisləri əməliyyat-xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün təsirli tədbirlər görməli, aidiyyatı baş idarə və idarələr yerlərdə aparılan qabaqlayıcı işi, həyata keçirilən əməliyyat-axtarış tədbirlərini gücləndirməli, yerlərə idarəçilik təsirini və praktiki köməkliklərin effektivliyini artırmalıdırlar. Eyni zamanda, cinayətkarlığa qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi ciddi nəzarətdə saxlanılmalı, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, yol hərəkətinə nəzarət tədbirləri gücləndirilməli, qabaqlayıcı işin səmərəliliyi daha da artırılmalı, cinayətə görə cəzanın labüdlüyü prinsipinin dönmədən həyata keçirilməsi üçün cinayətlərin açılmasının daha da yaxşılaşdırılması, şəxsi heyətin peşəkarlığının yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi və digər istiqamətlərdə tədbirlər daha məqsədyönlü davam etdirilməlidir.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət hesabat dövründə qazanılmış uğurlardan arxayınlaşmayaraq, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələri, eləcə də ölkədə hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsi, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əmr və göstərişlərini bundan sonra da məsuliyyətlə yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək, 2017-ci ili də yüksək göstəricilərlə başa vuracaqdır.

Tarix
2017.07.07 / 22:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla