Yuxarı

Zəhraya görə “əkiz bacı”ları təhqirə nə ehtiyac var?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Körpə Zəhranın faciəli ölümü yalnız içində Qarabağ dərdini yaşayan azərbaycanlılar üçün deyil, millətindən, dinindən asılı olmayaraq körpə ölümünə acıyan normal düşüncəli bəşər insanı üçün də üzüntü yaratdı.

Axar.az xəbər verir ki, bu fikirlərlə millət vəkili Fazil Mustafa çıxış edib. O, cəmiyyətin hadisəyə reaksiyasının anlaşılan və yerində olduğunu bildirib:

“Hər kəs öz imkanları daxilində öz duyğularını, düşüncələrini, etirazını ortaya qoymağa çalışdı. Burada səmimi şəkildə Zəhranın ölümünü dünyaya çatdırmaq işinə qoşulmuş insanları da, populist yanaşma sərgiləyənləri də təqdir etmək lazımdır. Çünki Azərbaycanın haqlı davasının təbliği baxımından hər birinin hansısa məqamda faydası ola bilər. Ancaq bir sıra yanaşmalar var ki, bunların daha dəqiq cilalanması məqsədəuyğun olardı”.

F.Mustafa qeyd edib ki, qızının ölümündən sonra Zəhranın atasının işlə təmin olunması barədə məlumatın tirajlanmasına xüsusi zərurət yoxdur:

“Əlbəttə, hər bir Azərbaycan vətəndaşı kimi onun işlə təmin olunması yaxşı haldır, burda kimin rolu olubsa, Allah ondan razı olsun. Ancaq mətbuatda bu tirajlananda bir qədər fərqli rezonans verə bilər”.

Millət vəkili bir çoxlarının Zəhranın faciəli ölümünü təbliğ etmək yerinə bundan istifadə edərək digər insanları qaralaması, təhqir etməsinin doğru olmadığını bildirib:

“Televiziyanın tanınmış əkiz bacı aparıcıları əvvəlcədən planlaşdırılmış şəkildə qardaşlarına toy edirlər. Hamı təhqir etməyə başlayır ki, niyə toyunuzu təxirə salmamısınız! Bax bu cür saxta, qondarma vətənpərvərliyə qarşı mütləq fikir bildirmək lazımdır. Yaxud da filan televiziya niyə konsertini yarıda kəsmədi? Sən öz işinlə məşğul ol, günahsız uşağın öldürülməsi ilə bağlı təbliğat kampaniyası üçün əlindən gələni et, başqa insanların davranışını müzakirə etmə, özgəsinin yaşamına qarışma! O insanlar ki, sosial şəbəkədə, media çıxışında məhz bu ölümlə bağlı toplumun hisslərinə sataşırlar, o zaman hansısa sərt reaksiyaya haqq qazandırmaq olar. Əks halda bütün azərbaycanlılara irad bildirmək olar ki, niyə Şuşa, Kəlbəcər, Laçın işğal olunandan sonra 25 ildir toy edirsiniz, Aprel şəhidlərinin ölümündən bir il keçib, hər gün konsert verirsiniz, ümumiyyətlə, Qarabağ gedib, niyə yeyib-içirsiniz, hava alırsınız? Belə çıxır ki, bir neçə gün hamının səmimi və ya süni olsun, kədərli görünməyi kifayət edir, sonra istədiyimiz kimi əylənə bilərik. Halbuki sağlam düşüncəli insan anlayır ki, biz müharibə içindəyik, ölümüzü dəfn edib ağlaya-ağlaya qala bilmərik, dünyanın qarşısında şux duruşumuzu davam etdirməliyik. Toyumuzu da etməliyik, yarışımızı da keçirməliyik, təbliğatımızı da aparmalıyıq, cəhbədə savaşımızı da yürütməliyik, Cocuq Mərcanlını da bərpa etməliyik, dərsimizi də oxumalıyıq, şeirimizi də yazmalıyıq!

Vətənpərvərlik - hər kəsin Vətənin bu günü və gələcəyi üçün imkan və bacarığını başqasının həyatına boylanmadan fədakarlıqla ortaya qoymasıdır. Yoxsa, "qonşum əsgərlikdən yayınırsa, o zaman mən də əsgər getmirəm", yaxud da "niyə filan varlının oğlu ölmür, mənim oğlum şəhid olur" mühakiməsi ilə məsələyə yanaşsaq, milli təfəkkürümüz sarsılar!

Körpə Zəhranın ölümü ilə Qarabağla bağlı dünyanın aparıcı güclərinin siyasəti dəyişməyəcək, ancaq bizim düşməni ifşa kampaniyamız üçün birlikdə hərəkətimiz, yardımlaşmamız, beynəlxalq arenada işğalçı dövlətin vəhşiliyini ifşa etmək üçün mövcud arqumenti doğru tirajlamaq, eşitməyən qulaqlara çığırmaq imkanımız yaranıbsa, o zaman hədəfdən yayındırıcı işlərlə məşğul olmağa dəyərmi?”

Tarix
2017.07.08 / 00:30
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla