Yuxarı

Bakıdakı erməni avtomobilinin sirri məlum oldu - Foto/Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdakı erməni avtomobilinin sirri məlum oldu - Foto/Yeniləndi

21:01

Bakıda Ermənistan nömrəsi ilə maşın peyda olub.

E 001 KX nömrəli "Range Rover"-in fotosunu Kənan adlı oxucu göndərib. /Milli.az/

22:47

Bu gün Bakı şəhərində peyda olunan Ermənistan nömrəli maşına aydınlıq gəldi.

E 001 KX nömrəli "Range Rover" avtomobilində olan bayrağın guya Ermənistana aid olduğu bildirilirdi. Bayrağın yaxşı görünməməsi ilk baxışdan bunu deməyə əsas verirdi. Ancaq araşdırmalardan sonra məlum oldu ki, həmin bayraq Moldova Respublikasından ayrılaraq özünü "respublika" elan etmiş Dnestryanı bölgəyə aiddir.

Belə baxanda tanınmamış bir respublikaya aid avtomobilin də Azərbaycana gətirilməsi sual doğurur.

Xatırladaq ki, paytaxtı Tiraspol olan Dnestryanı (Dnestryanı Moldov Respublikası) Dnestr çayı yanında yerləşmiş tanınmamış sosialist bölgədir və 1991-ci ildə elan edilib. "Dnestryanı respublika"nın əhalisi 505.000 min nəfərdir.

2004-cü ilə görə əhalinin etnik tərkibi 35% moldovan, 32% rus, 28% ukraynalı və 5% isə digər xalqlardan ibarət olub.

Xatırladaq ki, Bakıda Ermənistan nömrəsi ilə maşın peyda olması haqda məlumat dərc olunmuşdu. Həmin məlumata görə guya Bakıda Ermənistan Respublikasına məxsus olan E 001 KX nömrəli "Range Rover" görsənib. /ANS/

Tarix
2014.05.23 / 22:47
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla