Yuxarı

Abutiriyentlərin nəzərinə: qəbul olmaq istəyirsizsə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ardıcıl 4 sualın cavabı “A”-dırsa, onları yenidən gözdən keçirin.

Axar.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov bu gün qəbul imtahanı verəcək abituriyentlərə dəstək məqsədilə qeyd edib. O, abituriyentlərə imtahanlarda yaxşı nəticə əldə etmək üçün aşağıdakı məsləhətləri verib:

1. Vaxt və dəqiqlik arasındakı balansı qoruyun

Testləri çox sürətli həll edib, lazımsız, xırda səhvlər etməyiniz heç də yaxşı olmaz. Digər tərəfdən, həddindən artıq diqqətli olub, hər sual üçün də uzun zaman sərf etməyin.

2. Sualı çox diqqətlə oxuyun

Abituriyentləri ən çox çaşdıran hallardan biri sualı düzgün və ya sonunadək oxumamaq olur. Məsələn, sualın sonundakı inkar şəkilçilərini və ya “yoxdur”, “olmaz”, “deyildir” kimi sözləri nəzərdən qaçırmaqla sualda istənilən şeyin tam əksini axtarırlar ki, bu da sonda səhv cavab tapmaqla nəticələnir.

3. Bir suala həddən artıq çox vaxt sərf etməyin

Çətin bir sual üzərində 10 dəqiqə fikirləşməkdənsə, ondan daha asan olan 3 sualı həll etmək sizə 10 dəqiqədə 3 dəfə çox bal qazandıracaq.

4. Saatla "oynamayın"

İmtahan vaxtı yanınızda mütləq saat olsun, amma siz hər 2 dəqiqədən bir saata baxmayın. Bu, sizin fikrinizi bir yerə cəmləməyinizə mane olacaq.

5. Cavabalara diqqət edin, yanlışları tez silin

Test suallarının cavablarına baxanda dəqiq görürük ki, bəzi cavab variantları sualın cavabı ola bilməz. Belə cavab variantlarının üstündən dərhal xətt çəkin. Bu, psixoloji olaraq sizə kömək edəcək. Çünki elə olduqda, sualın 5 deyil, məsələn, 2 cavab variantı qalacaq ki, bu da sizə seçim etməkdə daha rahat olacaq.

6. Ardıcıl 4 sualın cavabı "A"-dırsa, onları yenidən gözdən keçirin

Bəzən test suallarının cavablarının 2-si və ya 3-ü ardıcıl olaraq eyni variant olur. Bu, normaldır. Amma əgər 4 və ya 5 ardıcıl sualın cavabının eyni variant olduğunu görsəniz, o suallara yenidən göz gəzdirin. Çünki 4 və daha artıq ardıcıl sualın cavabının eyni variant olması çox nadir hallarda olur.

7. Cavab kartını doldurarkən buna diqqət edin!

Abituriyentlər doğru cavabları uyğun xanada işarələyib, ortada bilmədiyi bir sualı boş qoyurlar. Növbəti sualın cavabını işarələyərkən isə o cavabı səhvən əvvəlki boş qoyduğu sualın xanasında işarələyirlər. Vay o haldan ki, bunu tez görməyəsiniz. Bir də baxarsınız ki, 15-20 sualın hər birini bir xana sürüşdürməklə işarələmisiniz. Bu da avtomatik olaraq, həmin 15-20 sualın yanlış cavab olması deməkdir.

8. Sualları qruplaşdırın

Sual kitabçasında həll etdiyiniz testləri müəyyən bir simvolla işarələyin. Belə olduqda növbəti dəfə həmin səhifəyə baxarkən artıq hansı sualın həll edildiyini, hansının isə hələ qaldığını rahat görəcəksiniz.

9. İlk ehtimal çox zaman doğru olur

Təcrübə göstərir ki, əgər abituriyent sualın dəqiq cavabını bilmirsə və iki cavab variant arasında qalıbsa, ilk olaraq hansını daha doğru hesab edirsə, əksər hallarda elə o cavab doğru çıxır.

10. Çətin sual sizi depressiyaya salımasın

Hər bir abituriyentin həll edə bilmədiyi testlər vardır. Ona görə də bir və ya iki sualı həll edə bilmirsinizsə, dərhal həyəcanlanmayın, növbəti suallara keçin. İkincisi, unutmayın ki, ən çətin test də, ən asan test də eyni bal verir. Ona görə də çətin bir testə çox vaxt sərf etməyin, asanları həll edin.

Qeyd edək ki, ali məktəblərə qəbul olmaq üçün 2-ci və 3-cü qrup üzrə imtahanlar bu gün, 1-ci və 4-cü qruplar isə iyulun 22-də imtahan verəcək.

Tarix
2017.07.14 / 08:45
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla