Yuxarı

Orxan Zeynalovun cinayət işi məhkəməyə verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orxan Zeynalovun cinayət işi məhkəməyə verildi

Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi məhkəməyə daxil olub.

Bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

"Cinayət işi Moskva Şəhər Məhkəməsində dinlənəcək. Müttəhim həbsdə saxlanılır", deyə məlumatda bildirilir.

Müstəntiqlər Orxan Zeynalovun Yeqor Şerbakovun qətlində iştirakının sübuta yetirildiyi qənaətinə gəliblər. İstintaqın versiyasına əsasən, 2013-cü ilin oktyabrın 10-da sərxoş vəziyyətdə olan Orxan Zeynalov əhəmiyyətsiz səbəbi bəhanə edərək 25 yaşlı Moskva sakini Yeqor Şerbakovu bıçaqla qətlə yetirib.

İstintaqla müəyyən olunub ki, bıçaq yaralarından başqa Orxan Zeynalov əlləri ilə Şerbakova azı 20 dəfə zərbə endirib.

Xatırladaq ki, Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və "skinhed"lər Qərbi Biryulevo rayonunda yerləşən "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. "Skinhed"lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.

Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb.

O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini etiraf edib. /APA/

Tarix
2014.05.29 / 20:43
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniyada "Nardaran ssenarisi" - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla