Yuxarı

“Qaranquş” əməliyyatı və Putinə açılan cinayət işi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qaranquş” əməliyyatı və Putinə açılan cinayət işi

Kiyevin Şevçenko rayon milis idarəsi şəhər sakini Mariya Katarenkonun şikayəti əsasında Maydanda kütləvi qətliamlarla bağlı cinayət işi açıb.

Axar.az xəbər verir ki, Mariya Katarenkonun sənədlərində Maydandakı kütləvi qətliamın Prezident Vladimir Putinin təlimatları əsasında xüsusi xidmət orqanları tərəfindən təşkil olunduğu göstərilib.

Mariya daha sonra bunları deyib: "Mən oğlumun Həmkarlar İttifaqının binasında yanması, onun dostunun hazırda ölkənin şərqində vuruşan rus snayperi tərəfindən sol gözündən vurulması ilə bağlı təkzibolunmaz faktlardan danışıram.

Bütün izlər Putinə aparır. Mən bu şikayəti ona görə vermişəm ki, Putinin bizim övladlarımızın qətlinin arxasında dayandığı üzə çıxsın. Məndə olan məlumata görə, Kiyevdəki anti-terror əməliyyatı Putinin nəzarəti altında Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən həyata keçirilib. Əməliyyat "Qaranquş" ("Lastoçka") adı altında keçirilmişdi. Mənim ərim bunu inanılması çətin olan bir vəziyyətdə əldə etmişdi.

İndi mən Maydanda həlak olan gənclərin valideynlərini axtarıram. Biz sübut edəcəyik ki, Putin cinayətkardır. Dünya ictimaiyyəti həqiqəti bilməlidir".

Tarix
2014.06.01 / 00:01
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla