Yuxarı

XİN-dən konsulumuzun həyat tərzinə reaksiya - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN-dən konsulumuzun həyat tərzinə reaksiya - Foto

"Səfirliyin nömrəsi ilə paylaşılan "Porşe Kayen Turbo" markalı avtomobil Riqadakı konsulumuz Nicat Sadıqovun şəxsi maşınıdır".

Bu sözləri Axar.az-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayev Riqadakı konsulumuz Nicat Sadıqovla bağlı yayılan informasiyaya açıqlama verərkən deyib.

O, hər bir diplomatın öz şəxsi avtomobilinin üzərinə diplomatik nömrə yerləşdirmək hüququna malik olduğunu deyib:

"Porşe Kayen Turbo" markalı avtomobil Nicat Sadıqovun özünə məxsusdur. Vyana Konvesiyasına uyğun olaraq, hər bir diplomat şəxsi avtomobilinin üzərinə diplomatik nömrə yerləşdirmək hüququna malikdir. Bu həmin diplomatın akreditə olunduğu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən verilir".

Qeyd edək ki, Nicat Sadıqov Ağdam rayonunun keçmiş icra başçısı Nizami Sadıqovun oğludur. Bir müddət öncə saytımızda konsulun bahalı restoranlardakı şəkilləri və bahalı avtomobilinin fotoları yayımlanmışdı. Ən maraqlı məqam isə Nicat Sadıqovun şəxsi avtobilinin üzərində diplomatik yerləşdirilməsi idi.

XİN məşhur və bahalı "İlluzion" restoranın VİP qonağı kimi adı restoranın saytında yerləşdirilən ((Link təqdim olunur: http://www.illuzion.lv/ru/galereya), öz Feysbuk profilində yalnız dəliqanlı gənc həyatı yaşadığı görüntülənən N.Sadıqovun sosial-şəbəkədəki bu tip aktivliyinə aydınlıq gətirməyib.

Tarix
2014.06.02 / 11:43
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Böyük Britaniya səfiri Azərbaycanı tərk edir

AB Rusiya qazı almağa qayıdacaq - Magyar

Xüsusi nümayəndə Zəngəzur dəhlizindən danışdı

İlham Əliyev bu universitetin rektoruna məktub göndərdi

Quru sərhədlərlə bağlı mühüm xəbər: Gözlənilən tarix...

Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək

Əli Əsədov Türkmənistan prezidenti ilə görüşdü

12 il öncə 9 yaşlı qızı xilas edən gənc qəfil vəfat etdi

Azərbaycan və BMT arasında mühüm müzakirə...

Bakıda Azərbaycan-AB Təhlükəsizlik dialoqu keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla