Prezident İlham Əliyevin və Belarus Respublikasının
Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı
ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Belarus
sənədlərinin imzalanması mərasimi olub.
"Axar.az" Prezidentin rəsmi saytına istinadən
məlumat verir ki, "Azərbaycan Respublikası Prezidentinin və Belarus
Respublikası Prezidentinin Birgə Bəyannaməsi"ni Prezident İlham
Əliyev və Prezident Aleksandr Lukaşenko imzaladılar.
"Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Belarus
Respublikasının Təhsil Nazirliyi arasında Azərbaycan Respublikası
ərazisində yeni təhsil müəssisələrinin yaradılması haqqında
Protokol"u Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Belarusun
təhsil naziri Sergey Maskeviç imzaladılar.
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Belarus
Respublikasının Xarici İşlər Nazirliyi arasında Məsləhətləşmələr
Planı"nı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və
Belarusun xarici işlər naziri Vladimir Makey imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası
Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikasiya
sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi barədə
Protokol"u Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Belarusun xarici
işlər naziri Vladimir Makey imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası
hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında
Saziş"i Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim
Müslümov və Belarusun xarici işlər naziri Vladimir Makey
imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası
Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri
üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında 5 noyabr 2004-cü il
tarixli Sazişə əlavələr və dəyişikliklər edilməsi haqqında
Protokol"u Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Belarusun
vergilər naziri Vladimir Poluyan imzaladılar.
Prezident Aleksandr Lukaşenkonun respublikamıza rəsmi səfəri
çərçivəsində iki ölkə arasında daha beş sənəd imzalandı.
"Azərbaycan Respublikası Şamaxı Rayon İcra Hakimiyyəti və
Belarus Respublikası Qrodno vilayətinin Oşmyanski Rayon İcra
Komitəsi arasında əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın Şamaxı
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və Belarusun
Azərbaycandakı səfiri Nikolay Patskeviç imzaladılar.
"Gəncə şəhəri və Qomel şəhəri arasında əməkdaşlıq haqqında
Saziş"i Azərbaycanın Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar
Vəliyev və Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç
imzaladılar.
"Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə
Monitorinqi Xidməti və Belarus Respublikasının Dövlət Nəzarəti
Komitəsinin Maliyyə Monitorinqi Departamenti arasında cinayət yolu
ilə əldə edilmiş pul vəsaitləri və digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə sahəsində əməkdaşlığa dair Saziş"i Azərbaycanın Mərkəzi
Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin rəhbəri Adışirin
Qasımov və Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç
imzaladılar.
"Azərbaycan Diplomatik Akademiyası və Belarus Yüksək
Texnologiyalar Parkı arasında əməkdaşlıq haqqında Saziş"i
Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev və
Belarusun Yüksək Texnologiyalar Parkı Administrasiyası Dövlət
qurumunun direktoru Valeri Tsepkalo imzaladılar.
"Azərbaycan Diplomatik Akademiyası və Belarus Dövlət
Universiteti arasında əməkdaşlıq haqqında Saziş"i Azərbaycan
Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev və Belarusun təhsil
naziri Sergey Maskeviç imzaladılar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının
Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatla çıxış
ediblər.