Yuxarı

Abutalıbovun vəhabi oğlundan İŞİD-ə dəstək? – Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abutalıbovun vəhabi oğlundan İŞİD-ə dəstək? – Şok

"Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun vəhabi oğlu Suriyaya döyüşməyə gedənlərə dəstək verir".

Bu iddia ilə çıxış edən mötəbər qaynağın Axar.az-a verdiyi xəbərə görə, merin oğlu İsrafil Abutalıbov vəhabilərin xəvaric (radikal) qoluna bağlı təriqətçidir. Mənbə iddia edir ki, İ.Abutalıbov "İraq Şam İslam Dövləti" silahlı qruplaşmasının xilafət dövləti yaratmaq planını təqdir edir. İŞİD-in İraqda şəhərləri ələ keçirməsini qələbə sayır.

"İsrafil Azərbaycandakı sələfi və xəvariclərin ticarətdə inkişaf etməsinə də dəstək olur. O cümlədən, Suriyaya döyüşməyə gedənlərə kömək edir. Onu daha çox Qaraçuxur qəsəbəsində yerləşən və sələfilərin yığışdığı məsciddə görürlər. İsrafil oğluna Əbubəkr adını verib".

Mənbə bildirir ki, Hacıbala Abutalıbovla oğlu arasında əlaqələr kəsilib, hətta onu evinə belə buraxmadığı barədə bir müddət əvvəl mediada məlumat yayılıb. Mer isə az əvvəl oğlunun Suriyaya getməsi barədə xəbərləri təkzib etsə də, İsrafilin sələfi olduğunu nə təsdiq, nə də inkar etmişdi.

Qeyd edək ki, daha bir yüksək rütbəli məmur oğlunun vəhabilərə qoşulduğu barədə məlumat almışıq. Məlumatda qeyd olunur ki, ölkənin çox önəmli vəzifələrindən birini daşıyan məmurun öz oğlunun seçdiyi təriqətdən və əməllərindən xəbəri yoxdur. Həmin gəncin isə Bakıdakı vəhabilərə və Suriyaya gedənlərə maddi dəstək göstərdiyi iddia olunur.

Məlumatları araşdırmağa çalışırıq.

Tarix
2014.06.16 / 17:23
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

Ceyhun Bayramov Abbas Arakçı ilə danışdı

Bu ərəb ölkəsində 11 milyon əhali var, 10 milyonu miqrantdır

Prezident Rixard Raşini qəbul etdi - Foto

Dövlət mesaj verir ki, bu qəbuledilməzdir...

Rixard Raşi Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla