Yuxarı

Ramil Usubov polis rəisini işdən çıxardı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramil Usubov polis rəisini işdən çıxardı

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmri ilə Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ağalar Məhərrəmov tutduğu vəzifədən azad edilərək, Bakı Şəhər Baş Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Xəbəri APA yayıb.

Xatırladaq ki, Bakı Şəhər Baş Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin rəisi, polis polkovniki Famil Xanbabayev bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilərək Baş Mühafizə İdarəsinin Binəqədi Rayon Mühafizə İdarəsinə rəis təyin edilmişdi.

Bundan başqa, Abşeronun polis rəisi Namiq İsmayılov və Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirlinin də vəzifələrinin dəyişdirilməsi ilə bağlı təqdimatın verildiyi bildirilir.

Bakı şəhər Baş Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Baş Mühafizə İdarəsinin Binəqədi Rayon Mühafizə İdarəsinə rəis təyin olunan Famil Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin oğlu, Xaçmaz rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli isə "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanovun qardaşıdır.

Qeyd edək ki, Şəmsəddin Xanbabayevin oğlunun Binəqədi Rayon Mühafizə İdarəsinin rəisi təyin olunması bağlı xəbərini ilk olaraq Axar.az yaymışdı.

Tarix
2014.06.17 / 13:13
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevdən Trampa: Buna əminəm...

Bu xartiya ABŞ-la əlaqələri yeni pilləyə qaldırdı - Prezident

İlham Əliyev Donald Trampı bu sözlərlə təbrik etdi

Azərbaycanda Milli Qurtuluş Günüdür

Prezidentdən 15 iyunla bağlı paylaşım

Mehriban Əliyeva Qurtuluş Günü ilə bağlı bu paylaşımı etdi

Hikmət Hacıyev Ermənistana necə gedib?

Hikmət Hacıyev Ermənistanda gəzintiyə çıxdı - Video

Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla