Yuxarı

Vaqif Əsədov çağırış etdi: Keçid tikilənə qədər...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonu ərazisində, Qanlı göl yaşayış massivinin yaxınlığından keçən magistral yolda tez-tez yol qəzaları müşahidə olunur. Bunun da səbəbi həmin yolda piyada keçidinin olmamasıdır.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov yeraltı və yerüstü piyada keçidinin tikilməsi və sürət həddinin minimuma endirilməsi ilə bağlı görüləcək tədbirlərə qədər əhalidən yolu keçən zaman diqqətli olmalarını xahiş edib.
“Həmin ərazidə piyada keçidinin tikilməsi ilə bağlı məsələ qaldırılıb. Ora yaşayış məntəqəsi olduğundan sürət həddi saatda 60 km nəzərdə tutulub. Xahiş edirik ki, yol qəzalarının baş verməməsi üçün sürücülər, xüsusilə də piyadalar ehtiyatlı olsunlar. Baxmayaraq ki, Bakı şəhər üzrə qeydə alınan yol nəqliyyat hadisələrinin azalması müşahidə olunur. Yəni ölüm hadisələrinin, qəzaların və qəza nəticəsində xəsarət alanların sayı aşağı düşüb. Amma yenə də ümumi hadisələrin 67 faizi piyadaların vurulması ilə bağlıdır. Bu göstərici çox ciddi narahatlıq doğurur. Belə hadisələrin baş verməsinin səbəbi sürücü diqqətsizliyi və piyada səhlənkarlığıdır. Yol nəqliyyat hadisəsinin çox olması bizim fəaliyyətimizə də mənfi təsir edir”.

Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə qeyd edib ki, piyada keçidlərinin inşası və çəkilməsi “Azəravtoyol”un səlahətində olan məsələ deyil:

“Biz sadəcə piyada keçidinin tikintisi ilə bağlı təklif verə bilərik. Bakının müxtəlif yerlərində bizim təklifimiz əsasında piyada zolağı çəkilib və ya yerüstü, yeraltı piyada keçidi inşa edilib. Həmin avtomobil yolu inşa olunan zaman ərazi yaşayış ərazisi kimi qeydə alınmadığı üçün piyada keçidinin inşasını nəzərə almamışdıq”.
Qeyd edək ki, həmin ərazidə bir müddət əvvəl eyni gündə iki piyadanı avtomobil vurub.

Tarix
2017.12.19 / 23:34
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bu ölkə Avropanın İrəvana yardımını Bakıya görə blokladı

Ermənistan sərhəddəki bu kəndi minalardan təmizlədi

Bayramov livanlı həmkarı ilə görüşdü

Sabiq baş nazir və generaldan Başkənd əməliyyatı haqda şok

Rəsmi Bakıdan Fransaya xəbərdarlıq

İkitərəfli sülh danışıqları töhfə verir - Bayramov

4 kəndi qaytarması İrəvanın özü üçün şansdır - Türkiyə

Əli Xamenei azərbaycanlı milyarderi əfv etdi

Ermənilər qorxuda: Almatı danışıqlarının arxasındakı ölkə...

Doha Bəyannaməsi qəbul edildi: 4 kəndin qaytarılması, sülh...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla