Yuxarı

Mehman Hüseynov: “Səyyad Əlizadə cahil adamdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehman Hüseynov: “Səyyad Əlizadə cahil adamdır”

"Bu insan yenə də gündəmə gəlmək üçün bu cür axırıncı yola əl atır. İlk növbədə tərbiyəsizin böyüyü onun özüdür. O, təkcə tərbiyəsiz deyil, həm də savadsızdır. Çünki tərbiyəsizliyi yaradıcılıqdan ayıra bilməyəcək qədər cahildir".

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış bloqçu Mehman Hüseynov müğənni Səyyad Əlizadənin onun barəsində söylədiklərinə münasibət bildirərkən dedi. Bloqçu onu da bildirdi ki, Səyyad Əlizadə onun adı ilə gündəmə gəlmək niyyətindədir:

"Dava-dalaşa səbəb olan çarxı hazırlayarkən onu təhqir etməyi nəzərdə tutmamışam. Çəkdiyimiz video-çarx dünyanın bütün normal ölkələrində qəbul edilən, alqışlanan yaradıcılıq növü sayılır. Səyyad Əlizadə bu yaradıcılığı anlamırsa, bu bizim problemimiz deyil. Hər müsahibəsində mənə bu cür söz atmaqla yenidən gündəmə gəlmək istəməsi yəqin ki, hər kəsə aydındır".

Mehman Hüseynov yaradıcı fəaliyyət ilə tərbiyəsizliyi ayırd edə bilməməyin gülünc olduğunu deyib:

"Mənə minnət qoymasın, getsin, versin məhkəməyə. Mən ona efirdə də bildirmişəm ki, get, ver məhkəməyə, görək nə edəcəksən. Məhkəməyə versə, öz sənətini öz əlləri ilə bitirəcək. Çünki yaradıcı fəaliyyətlə məşğul olduğu üçün bir insanı məhkəməyə verən şəxs mütləq gülüş obyektinə çevriləcək".

Xatırladaq ki, Mehman Hüseynov ilə Səyyad Əlizadənin arasındakı söz davası bloqçunun 2012-ci ildə hazırladığı və müğənninin klipini tənqid edən videodan sonra yaranıb.

Tarix
2014.07.12 / 14:57
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla