Yuxarı

DSX-dan akademiyadakı yanğınla bağlı məlumat - Foto/Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
DSX-dan akademiyadakı yanğınla bağlı məlumat - Foto/Video

18:24

Bu gün axşam saatlarında Bakıda Sərhəd Akademiyasının binasında yanğın baş verib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Verilən məlumata görə, Həzi Aslanov metrostansiyası yaxınlığında yerləşən Sərhəd Akademiyasının binasında yanğın olub və ətrafı qatı tüstü bürüyüb.

Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, hazırda hadisə yerinə yanğınsöndürən maşınlar göndərilib.

Son məlumata görə, Sərhəd Akademiyasında baş verən yanğın artıq söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, yanğın elə də böyük olmayıb.

ANS

19:17

Dövlət Sərhəd Xidməti (DSX) Akademiya Kompleksində yanğın olub.

DSX-nın mətbuat xidmətindən verilən məlumata görə, bu gün saat 17:00 radələrində DSX Akademiya Kompleksinin binasında baş vermiş alışma nəticəsində binanın üzlüyündə təqribən 18-20 kvadrat metr sahəsində yanğın baş verib. Akademiya kompleksinin yanğınsöndürmə sisteminin vaxtında işə düşməsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları hadisə yerinə gələrək yanğının mənbələrinin tam ləğv edilməsini və təhlükəsizlik qaydalarına riayət olunmasını yoxlayıblar.

Hazırda yanğının fəsadlarının aradan qaldırılması məqsədi ilə təmir işlərinə başlanılıb.

APA

Tarix
2014.07.15 / 19:17
Müəllif
İsmi Şahzadə
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla