Yuxarı

Jirinovskinin adamı azərbaycanlıların təhqirindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jirinovskinin adamı azərbaycanlıların təhqirindən danışdı

"Jirinovski azərbaycanlıları təhqir etməyib".

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı deputat və LDPR partiyasında Jirinovskinin yaxın tərəfdaşlarından sayılan Roman Xudyakov deyib. O, Jirinovskinin sadəcə, adi tarixi mövzunu müzakirə etdiyini bildirib:

"Qısa desək, Vladimir Volfoviç heç kimi təhqir etməyib. O, sadəcə olaraq, alimlərin bu gün də mübahisə etdiyi tarixi mövzunu müzakirə edib".

Deputat Ukraynaya Rusiya qoşunlarının yeridilməsi ehtimali ilə bağlı suallarımızı da cavablandırıb. R.Hudyakov Kiyevin Moskvanı provokasiyaya çəkmək istədiyini söyləyib:

"Ukraynaya gəlincə isə burada situasiya hər gün dəyişir. Onlar Rusiyanı hər dəqiqə qoşunlarını Şərqi Ukraynaya yeritməsi ilə bağlı provokasiyaya çəkir, sərhəd postlarını və şəhərləri güllələyirlər. İndi biz bütün beynəlxalq aləmin nümayəndələrini bura cəlb edərək, onların hər şeyi öz gözləri ilə görüb Ukrayna hakimiyyətinə təzyiq etmələrini istəyirik".

Qeyd edək ki, bir müddət öncə parlamentdə çıxış edən Jirinovski azərbaycanlıları kaspilər (xəzərlər – red.) adlandırmış, daha sonra isə belə bir xalqın, ümumiyyətlə, olmadığını bildirmişdi. Məhz buna görə bu gün Moskvada yaşayan milliyyətcə azərbaycanlı olan Məmmədovlar ailəsi Jirinovskini məhkəməyə vermiş, onlardan üzr istəməsini və 100 milyon rubl kompensasiya verilməsini tələb edirlər.

Məhkəmə artıq iddia ərizəsini qəbul edib.

Tarix
2014.07.16 / 14:33
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla