Yuxarı

Azərbaycanlı “diversant”lar Rusiyanı çətin duruma salıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı “diversant”lar Rusiyanı çətin duruma salıb

"Rusiya nəinki münaqişənin özünü, hətta onun tərkib hissəsi olan xırda detalları da idarə edir".

Bu sözləri Axar.az-a politoloq Ərəstun Oruclu Kəlbəcər hadisəsinin Rusiya tərəfindən hazırlanması məsələsini şərh edərkən söyləyib. O, Moskvanın indiki məqamda Qarabağda vəziyyəti gərginləşdirməkdə maraqlı olduğunu iddi etməyin çətinliyini da bildirib:

"Qarabağ münaqişəsinin detallarında Rusiyanın əlinin olması şübhəsizdir. Rusiya nəinki münaqişənin özünü, hətta onun tərkib hissəsi olan xırda detalları da idarə edir. Amma Rusiyanın bu gün Qarabağda vəziyyətin gərginləşməsində nə qədər maraqlı olmasını söyləmək çətindir. Düzdür, hesab etmirəm ki, erməni nazir Rusiya ilə məsləhətləşmədən Kəlbəcərin minalanmasına icazə versin. Ümumiyyətlə, Moskvanın razılığı olmadan belə bir addımı atmaq mümkün deyil. Bu, həm də təbliğat vasitəsidir. Ermənistan göstərməyə çalışır ki, guya Azərbaycandan müdafiə olunur və guya Bakı Kəlbəcər istiqamətində hücum hazırlayır. Bu, informasiya müharibəsində heç də yaxşı hal deyil. Əgər belə bir təbliğata ehtiyac yaranırsa, demək, bunun arxasında hansısa planlar gizlənir. Biz bu məsələdə həddən artıq diqqətli olmalıyıq".

Politoloq azərbaycanlıların Kəlbəcərdə girov götürülməsinin Moskvanı çətin vəziyyətə saldığını deyib:

"Orada Rusiya vətəndaşı olan azərbaycanlının həmin ərazidə əsir düşməsinin özü Moskvanı çətin duruma salır. Çünki Rusiya onun üçün çalışmağa məcburdur. Fakt budur ki, milliyətindən asılı olmayaraq, Kəlbəcərdə saxlanılan şəxs Rusiya vətəndaşıdır. Yoxsa bu, Moskvanın yeni planıdır? - demək bir qədər çətindir. Hələlik görünən budur ki, Rusiya bu məsələdə bir qədər çətinliyə düşüb. Hüquqi baxımdan onlar heç bir şey törətməyiblər və həmin şəxslərə qarşı heç bir ittiham irəli sürülə bilməz. Çünki bu ərazilər Azərbaycanın işğal olunmuş ərazisidir. Bura daxil olmaq isə heç bir ölkənin qanunlarının pozulması demək deyil. Ermənistan qanunları Azərbaycan ərazisinə şamil oluna bilməz".

Ərəstun Oruclu Rusiyanın hazırda Qarabağda təxribat yaratmaqda maraqlı olduğuna inanmadığını da vurğulayıb:

"Rusiyanın Kəlbəcər istiqamətində tanklarını yerləşdirməsi ilə bağlı yayılan informasiyanın nə dərəcədə dəqiq olduğunu bilmirik. Çünki Kəlbəcər istiqamətində Rusiyanın tanklarını yerləşdirməsi artıq münaqişədə iştirak deməkdir. Təbii ki, şimal qonşumuz beynəlxalq hüquqa, digər dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşan dövlət deyil. Bunun əyani sübutlarını Ukraynada görürük. Amma istənilən halda Moskva bu gün öz beynəlxalq vəziyyətini Ukraynadan sonra Azərbaycanla pisləşdirməkdə maraqlı ola bilməz. Mənə elə gəlir ki, bu, daha çox təxribat xarakterli məlumatdır. Ermənistan tərəfi bunu məqsədli yayır. Digər tərəfdən, Kəlbəcərin adının xüsusi vurğulanması, üstəlik "diversant" məsələsi də göstərir ki, bu istiqamətdə gərginlik mümkündür. Ermənilər sadəcə, hələlik bunun üçün informasiya bazası hazırlayırlar ki, bundan sonra o istiqamətdəki gərginləşmə Azərbaycan tərəfinin üzərinə düşsün".

Tarix
2014.07.18 / 21:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla