Yuxarı

Nazirlikdən istefaya göndərilən generalla bağlı açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən istefaya göndərilən generalla bağlı açıqlama

"Bağır Fətullayev Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyib".

Bu sözlər Axar.az-ın sorğusuna Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən cavabda yer alıb.

Nazirlik Bağır Fətullayevlə bağlı yayılan informasiyaların ümumiyyətlə həqiqəti əks etdirmədiyini bildirib:

"Bəzi kütləvi informasiya vasitələrində yenidən Bağır Fətullayev və Seyran Qafarovun Silahlı Qüvvələrdə tutduqları vəzifələrdən növbəti dəfə azad edilmələri ilə bağlı məlumatlar yayılıb. Xatırladaq ki, adları çəkilən şəxslər barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti cari ilin may ayının 3-də və 26-da rəsmi məlumat verib. Bir daha bildiririk ki, Bağır Fətullayev adlı şəxs nə Azərbaycan vətəndaşı, nə də Azərbaycan generalıdır və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmayıb. Ehtiyatda olan polkovnik Seyran Qafarov isə hələ 9 yanvar 2009-cu il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə uyğun olaraq "yaşa görə" Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən isə o, mülki işçi vəzifəsindən də azad edilib və Silahlı Qüvvələrin heç bir qurumunda nə hərbçi, nə də mülki işçi kimi qulluq edir".

Qeyd edək ki, dünən hərbi ekspert Üzeyir Cəfərov öz Feysbuk səhifəsində general Bağır Fətullayevin vəzifəsindən azad edildiyi, bundan dərhal sonra isə Sankt-Peterburqa getdiyi haqqında məlumat bölüşmüşdü. O, Bağır Fətullayevlə bərabər polkovnik Seyran Qafarovun da vəzifəsindən azad edildiyini bildirmişdi.

Tarix
2014.07.20 / 13:52
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Paşinyan Zəngəzurda gəzir: Bəlkə, XDQ “təlimə” başlasın?

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

Ceyhun Bayramov Rusiyaya getdi

Gəmi kapitanının axtarışı davam etdirilir - XİN

MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu

Azərbaycanın bu modeli 700 milyon insana xidmət edir

Baş nazirdən Şuşa ilə bağlı yeni qərar

Berdiməhəmmədov sabah Gürcüstana səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla