Yuxarı

İcra başçısı təcavüz olayına görə kəndə gəldi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısı təcavüz olayına görə kəndə gəldi - Video

İsmayıllı rayon Kürdmaşı kəndində məktəb direktorunun şagirdə təcavüzünü rayon prokurorluğu araşdıracaq.

Bu barədə Axar.az-a kənd sakinləri məlumat verib. Onların sözlərinə görə, bu gün səhər saatlarında rayon icra başçısı Mirdaməd Sadıqov polis rəisi və rayon prokuroru ilə birgə Kürdmaşı kəndinə gələrək, sakinlərlə görüşüb və onların narahatlıqlarını dinləyib.

Kənd sakinlərinin qaçqın məktəbinin direktoru, 56 yaşlı Zahid Namazovun azyaşlı şagirdə təcavüz etməsi və onun cəzalandırılması tələblərini nəzərə alınıb və işin araşdırılması aidiyyəti üzrə İsmayıllı Rayon Prokurorluğuna həvalə edilib. İstintaqın obyektiv aparılacağı və ədalətli qərar çıxarılacağı barədə verilən vəd sakinləri razı salıb.

Nə baş verib?

İsmayıllı rayonunun Kürdmaşı kəndində qaçqın məktəbinin direktoru Zahid Namazovun azyaşlı qıza təcavüz etdiyi iddia olunur. Kənd sakinlərinin qəzəbinə səbəb olan hadisənin üstü isə bir neçə gün öncə açılıb.

A. adlı qız evdən yoxa çıxıb. Göyçay rayon Qarayazı kəndindən bir oğlana ərə verilən qızın öz qız toyundan sonra yoxa çıxması ailənin narahatlığına səbəb olub. Anası Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə müraciət edib. Qız yoxa çıxandan 3 gün sonra tapılıb və məlum oldu ki, onu məktəb direktoru aparıbmış.

Sakinlərin sözlərinə görə, 56 yaşlı Zahid Namazov İsmayıllı rayon Kürdmaşı kəndi yaxınlığında qaçqınların məskunlaşdığı 15-20 evdən ibarət "Göbələk" adlanan yaşayış massivində yaşayır. Ağdam qaçqını olan direktorla hazırda 18 yaşı olan A.-nın 3 ildən çoxdur ki, münasibət varmış.

Qız polisdə Zahid Namazovun ona atalıq etdiyini və nişanlandığı oğlanla ailə həyatı qurmaq istəmədiyi üçün onun evdən qaçmasına kömək göstərdiyini, izdivac pozulduqdan sonra isə evə qayıtdığını bildirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən rəsmi açıqlamada da Z.Namazovun A.-ya atalıq etdiyi barədə İsmayıllı Rayon Polis Şöbəsinə izahat verdiyi bildirilirdi.

Kənd sakinləri isə dünən məktəbin yaxınlığında keçirdikləri aksiyada azyaşlı qıza təcavüz etdiyini bildirdikləri 56 yaşlı direktorun kənddən qovulmasını və həbsini tələb edirdilər.

Tarix
2014.07.21 / 16:06
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə reaksiya

Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı - Foto

Mixail Zabelin yenə Rus İcmasının sədri seçildi

Xaricdə gizlənənlər üçün son: Bundan qaça bilməyəcəklər!

Bayramov İordaniya baş nazirinin müavini ilə görüşdü

TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi

Azərbaycanla münasibətimiz çox yaxşıdır - Xətibzadə

Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla