Yuxarı

“Minsk Qrupu sərsəm açıqlamalarından əl çəkmir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Beynəlxalq təşkilatlar Azərbaycanla bağlı, xüsusilə Dağlıq Qarabağ probleminin həlli məsələsində qeyri-səmimidirlər".

Bu sözləri Axar.az-a deputat Çingiz Qənizadə beynəlxalq təşkilatların cəbhə xəttində baş verən son hadisələrlə bağlı Ermənistana qarşı sanksiyalar tətbiq etməməsi məsələsini şərh edərkən dedi.

Onun sözlərinə görə, cəbhə xəttində baş verənlərdən sonra beynəlxalq təşkilatların hələ də susması təbii olaraq bizi də narahat edir:

"Ukrayna hadisələrinə görə Avropa ölkələri, demək olar ki, bütün dünya Rusiyaya qarşı sanksiyalar tətbiq etdi. Ancaq Ermənistana sanksiya tətbiq edən yoxdur. Avropanın və dünyanın bu yöndə susqunluğu bir daha göstərir ki, beynəlxalq təşkilatlar Azərbaycanla bağlı, xüsusilə Qarabağ probleminin həlli məsələsində qeyri-səmimidirlər. Biz bunun dəfələrlə şahidi olmuşuq. Sadəcə, bəyanatlar verməklə məşğul olan beynəlxalq qurum və təşkilatla heç bir ciddi addımın atılmasında maraqlı deyil".

Ç.Qənizadənin fikrincə, belnəlxalq qurumlar özlərinə sərf etdiyi zaman hüquq normalarını işə salırlar:

"Ukraynada baş verən hadisələrdən sonra bunun bir daha şahidi olduq. Hansısa bir dövlət beynəlxalq hüquq normalarını pozduqda ona qarşı sərt sanksiyalar tətbiq edən təşkilatlar indi susur. Rusiya üçün isə susmadı. BMT, ATƏT və bu kimi bir çox qurumlara nə mane olur ki, Ermənistana qarşı hər hansı sanksiyalnın tətbiq edilməsini müzakirə etmirlər? Bu, sübut edir ki, dünya dövlətləri, bütün beynəlxalq təşkilatlar, qurumlar və eyni zamanda bu təşkilatları idarə edən böyük, güclü dövlətlər Azərbaycana qarşı heç bir münasibətlərində ciddi deyillər".

Millət vəkilinin sözlərinə görə, Dağlıq Qarabağ problemini özümüz həll etməliyik:

"Biz artıq ondan çox şəhid vermişik. Lakin ATƏT-in Minsk Qrupu həmişəki kimi sərsəm açıqlamalarından əl çəkmir. Birdəfəlik anlamalıyıq ki, Qarabağ problemini özümüzdən başqa hansısa böyük dövlətlər həll etməyəcək və bunun istəyində də deyillər".

Deputat qeyd edir ki, gərək siyasi addım olsun ki, Ermənistana qarşı sanksiyalar tətbiq edilsin:

"Qarşıda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Bu görüşdən sonra Ermənistan tərəfi hansı mövqedə olduğunu nümayiş etdirəcək. Yəqin ki, bundan sonra bu məsələlərə daha ciddi reaksiyalar veriləcək".

Ç.Qənizadə əlavə edir ki, lazım gəlsə, deputatlar beynəlxalq təşkilatlara müraciət də edəcək:

"Lazım gələrsə, təbii ki, parlament rəhbərliyi ölkə rəhbərliyi ilə bu məsələni müzakirə edib qərar verdikdən sonra deputatlar yığışaraq beynəlxalq təşkilatlara, Avropa Parlamentinə, Avropa Şurasına müraciət ünvanlaya bilər".

Tarix
2014.08.05 / 09:00
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…

44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər

PKK silahı yerə qoydu: İlham Əliyev Ərdoğanı təbrik etdi

Bakıdan PKK-nın ləğvi qərarına reaksiya

DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın – Təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla