Yuxarı

Xankəndidə 3-cü Milli Şəhərsalma Forumu başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndidə 3-cü Milli Şəhərsalma Forumu başladı

Oktyabrın 15-də Xankəndi şəhərində 3-cü Milli Şəhərsalma Forumu işə başlayıb. Forum "İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunda keçirilir.

Axar.az xəbər verir ki, tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə tərəfdaşlığı çərçivəsində reallaşır.

Tədbirdə 60-dan çox ölkədən 400-dək dövlət və özəl qurumların nümayəndələri, beynəlxalq təşkilatların, akademik institutların və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirlər.

Üç gün davam edəcək tədbir şəhərsalma sahəsində aktual çağırışların və imkanların müzakirəsi üzrə yerli və beynəlxalq ekspertlər üçün vahid platforma rolunu oynayacaq. Forumda münaqişə və təbii fəlakətlərdən sonrakı dayanıqlı bərpa prosesləri, mənzil təminatı və layiqli yaşayış məskənləri, dayanıqlı və sağlam şəhərlər, ekoloji və enerji üzrə effektiv təcrübələr, rəqəmsallaşma və innovativ yanaşmalar, Davamlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyi, regional və beynəlxalq tərəfdaşlıqların inkişafı kimi mövzularda müzakirələr aparılacaq.

Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, tətbiq olunan müasir şəhərsalma standartları və innovativ texnologiyalar, Azərbaycanın post-münaqişə dövründə əldə etdiyi nailiyyətlər, həmçinin müxtəlif ölkələrin qabaqcıl təcrübələrinə dair təqdimatlar ediləcək. Eyni zamanda, şəhərsalma üzrə tədqiqatlar aparan nüfuzlu akademik heyətin iştirakı ilə təşkil olunan müzakirələr bu sahədə bilik mübadiləsini gücləndirəcək, elmə əsaslanan dayanıqlı qərarların qəbuluna təkan verəcək.

Foruma oktyabrın 17-də Bakıda yekun vurulacaq.

Tarix
2025.10.15 / 11:16
Müəllif
Axar.az
Digər xəbərlər

Korrupsiyanı anladıq: bəs, vətənə xəyanət nədir?

Ramiz Mehdiyevin Rusiyadan aldığı medallar

PA rəhbəri Mehdiyevi deputat MM-də darmadağın edir - Video

Prezident onlara müraciət ünvanladı

Ramiz Mehdiyev dövlət çevrilişini kimlərlə etmək istəyirmiş?

Xəritə: bu ərazilər Azərbaycan və Türkiyəyə verilir - Geqamyan

Moskva Bakı ilə bağlı bu mübarizəyə başladı

Moskva Bakı və İrəvana müraciət etdi

Mehdiyev həbs edildi: kadrları dərhal hərəkətə keçdilər

Mehdiyev işinin şifrələri: daha kimlər həbs olunacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla