Yuxarı

Moskva Bakı ilə bağlı bu mübarizəyə başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskva Bakı ilə bağlı bu mübarizəyə başladı

Kreml Azərbaycan və Ermənistan liderlərinin sülh müqaviləsini məhz Moskvada imzalanması uğrunda mübarizəyə başlayıb. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin “Rusiya Azərbaycan və Ermənistanın sülh sazişi imzalaması üçün öz ərazisini təqdim etmək təklifini qüvvədə saxlayır” açıqlaması bundan xəbər verir. Rusiyalı diplomat bu sözləri Ermənistanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda deyib. Qaluzinin sözlərinə görə, Moskva Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına xüsusi əhəmiyyət verir. “Rusiya İrəvan və Bakı arasında nizamlanma prosesində böyük və təsirli rol oynayıb” deyən Qaluzin tərəflərə qalan fikir ayrılıqlarının aradan qaldırılmasında bütün zəruri dəstəyi göstərməyə hazır olduqlarını vurğulayıb. Qaluzinin “aydındır ki, planlarımızı praktiki olaraq həyata keçirmək üçün hələ də mühüm işlər görülməlidir” cümləsi də maraq doğurur.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Birincisi, Qaluzinin iddia etdiyi kimi, İrəvanla Bakı arasında xüsusi fikir ayrılığı qalmayıb və buna görə tərəflərin Moskvanın vasitəçiliyinə ehtiyacı yoxdur. Sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyası dəyişdirilməlidir. Ermənistanın Baş naziri Nikol Paşinyan gələn ilin iyun ayında parlament seçkilərindən sonra yeni Konstitusiya qəbul edəcəklərinin anonsunu verib. Ermənistan yeni Konstitusiyada Azərbaycana ərazi iddiasını ehtiva edən bəndi çıxardıqdan sonra iki ölkə arasında sülh sazişinin imzalanması üçün maneə qalmayacaq. Bu səbəbdən Qaluzinin açıqlamasından fərqli olaraq, “mühüm işlərə” ehtiyac yoxdur. Mühüm işlər buna qədər görülüb.

İkincisi, Azərbaycan və Ermənistan liderləri sülh sazişinin mətnini avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə paraflayıblar. Ukrayna müharibəsinə görə, ABŞ-la Rusiya arasında dərin fikir ayrılığı var. Azərbaycan hakimiyyəti və cəmiyyəti də Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini qəbul etmir. Bundan başqa Azərbaycan və Ermənistan Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının azaldılmasında maraqlıdır. Təkcə bu iki amili nəzərə alaraq Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün Rusiya paytaxtının seçilməsi ehtimalı azdır. Sülh sazişinin imzalanması üçün yenidən okeanın o tayına səfərə ehtiyac olmasa da, sənəd müxtəlif məkanlarda, iki ölkənin sərhəddində, Tiflisdə, Ankarada və ya Astanada imzalana bilər”, - politoloq vurğulayıb.

Tarix
2025.10.15 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla daha bir ölkə arasında məsləhətləşmələr keçirildi

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Edi Rama İlham Əliyevi təbrik etdi

Əli Əsədov Özbəkistana səfər edəcək

Slovakiya XİN-in dövlət katibi Azərbaycana gəldi

Azərbaycanın vasitəsilə bu imkanlar açılıb - Paşinyan

30 ildən artıq vaxt keçib, onlar hələ də itkindir...

Ermənistana 17 vaqon dizel göndərildi

Təsəvvür edin, biz Azərbaycana gedirik - Paşinyan

Rəsmi Bakı Paşinyanı təbrik edəcəkmi? - XİN-in cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla