Yuxarı

YAP-dan Ramiz Mehdiyevin həbsinə reaksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
YAP-dan Ramiz Mehdiyevin həbsinə reaksiya

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı həbs qərarı və bir çox məsələlərin ortaya çıxması təəssüf doğurur. Bu işin araşdırılması üçün həmin sahənin mütəxəssisləri ciddi şəkildə axtarış aparıb, faktları tapıblar, sübutlar var.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf-a YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.

O qeyd edib ki, uzun müddət dövlət idarəçiliyində yüksək postda çalışmış şəxsin sonradan belə əməlləri ortaya çıxıb:

“Bu əməllər araşdırılmalıdır ki, hansı dövrdə olub. Ola bilsin ki, o, işdən çıxdıqdan sonra nalayiq işlərlə məşğul olmağa başlayıb. Məhkəmə olacaq və orada bu məsələlər açılacaq”.

Arif Rəhimzadə bildirib ki, vəzifəsindən, tutduğu postdan asılı olmayaraq, xətan varsa, cəzanı çəkəcəksən:

“Demokratiyanın ən bariz nümunəsi də məhz budur. Ola bilsin ki, onun iş dövründə böyük nailiyyətləri də olub. Amma eyni zamanda xəta edirsənsə, ona cavab verməlisən, cəzasını çəkməlisən”.

YAP İdarə Heyətinin üzvü Ramiz Mehdiyevin hazırda YAP Veteranlar Şurasında qaldığını da xatırladıb:

“Ancaq onun YAP-da heç bir fəaliyyəti yoxdur. Bu məsələ olmasaydı belə, o, YAP-dan uzaqlaşdırılmalı idi. Bununla bağlı hələlik hər hansı bir məsələ qaldırılmayıb. Amma mütləq qərar veriləcək”.

Tarix
2025.10.15 / 11:51
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan son 22 ildə böyük uğurlar qazanıb

Prezident Elina Valtoneni qəbul etdi - Foto

Mehdiyevin xaricə uzanan ƏLİ: ORDU-ya milyardlar gedir...

Korrupsiyanı anladıq: bəs, vətənə xəyanət nədir?

Ramiz Mehdiyevin Rusiyadan aldığı medallar

PA rəhbəri Mehdiyevi deputat MM-də darmadağın edir - Video

Prezident onlara müraciət ünvanladı

Ramiz Mehdiyev dövlət çevrilişini kimlərlə etmək istəyirmiş?

Xəritə: bu ərazilər Azərbaycan və Türkiyəyə verilir - Geqamyan

Moskva Bakı ilə bağlı bu mübarizəyə başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla