Yuxarı

Xəritə: bu ərazilər Azərbaycan və Türkiyəyə verilir - Geqamyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəritə: bu ərazilər Azərbaycan və Türkiyəyə verilir - Geqamyan

Dünən Azərbaycanda fəaliyyət göstərən kartoqraflar assosiasiyası “Zəngəzur dəhlizi” adlanan xəritəni dərc edib. Bu xəritəyə baxsaq, görərik ki, Ermənistanın yer adları türkləşdirilib və yol üzərində keçid məntəqələri barədə heç bir işarə yoxdur.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri erməni türkoloq Varujan Geqamyan deyib.

Onun sözlərinə görə, bir neçə gün öncə Türkiyənin böyük müxalifət mediası və geniş auditoriyası olan ODA TV diqqətçəkən məlumatlar yayıb:

“Məlumatda qeyd edilir:

Birincisi, Ermənistan hakimiyyəti razılaşıb ki, Zəngəzurda – Mehridən Qafanadək olan təxminən 1200 kv.km ərazi faktiki olaraq Türkiyə və Azərbaycanın idarəsinə verilsin.

İkincisi, Marqarada yerləşən Ermənistan-Türkiyə sərhədindəki kiçik neytral zona Türkiyənin xüsusi inzibati nəzarətinə veriləcək.

Bu informasiyanın dəqiqliyi bu mərhələdə o qədər də vacib deyil.

Əsas məsələ odur ki, həm Türkiyədə, həm də Azərbaycanda Zəngəzur bölgəsinə dair geniş fəaliyyətlər, o cümlədən informasiya kampaniyaları aparılır. Xüsusilə Türkiyə və Azərbaycanda Zəngəzur dəhlizinin açılması üçün böyük hazırlıqlar gedir. Demək olar ki, hər gün xüsusi reportajlar, analizlər, tədbirlər keçirilir. Bu tədbirlərdə əsas mövzu dəhlizdir. Zəngəzur dəhlizi artıq Türkiyənin dövlət protokollarının bir hissəsinə çevrilib.

Məsələn, Türkiyə rəsmiləri Ermənistanla və Naxçıvanla sərhəddəki bölgələrə gedəndə yerli məmurları dəhlizin açılması münasibətilə təbrik edirlər.

Bu mövzu indi həm də Türkiyə və Azərbaycanın daxili siyasətinin mühüm bir hissəsinə çevrilib. Bütün səviyyələrdə dəhliz haqqında danışılır. Nəticədə, Zəngəzur dəhlizi ideyası artıq cəmiyyət tərəfindən dəstəklənən aydın bir ictimai tələbə çevrilir”.

Tarix
2025.10.15 / 12:01
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan son 22 ildə böyük uğurlar qazanıb

Prezident Elina Valtoneni qəbul etdi - Foto

Mehdiyevin xaricə uzanan ƏLİ: ORDU-ya milyardlar gedir...

Korrupsiyanı anladıq: bəs, vətənə xəyanət nədir?

Ramiz Mehdiyevin Rusiyadan aldığı medallar

PA rəhbəri Mehdiyevi deputat MM-də darmadağın edir - Video

Prezident onlara müraciət ünvanladı

Ramiz Mehdiyev dövlət çevrilişini kimlərlə etmək istəyirmiş?

Moskva Bakı ilə bağlı bu mübarizəyə başladı

Moskva Bakı və İrəvana müraciət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla