Yuxarı

Mehdiyev niyə türməyə yox, evə "göndərildi"?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyev niyə türməyə yox, evə "göndərildi"?

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyev barədə Səbail Rayon Məhkəməsi cinayət işi üzrə qərar qəbul edib.

Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ictimaiyyətdə bir sıra suallar yaradıb. Yəni ittiham olunan şəxs barəsində hansı hallarda ev dustaqlığı qətimkan tədbiri seçilə bilər - xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilirsə?

Axar.az xəbər verir ki, vəkil Emil Aslanov Oxu.az-a açıqlamasında ev dustaqlığı qətimkan tədbirinin Cinayət Prosessual Məcəllənin 163-cü maddəsində qeyd edildiyini bildirib.

"Ev dustaqlığı həbsə alternativ olan bir cəza növüdür. Yəni şəxsi həbsdə saxlamadan, cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilən azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir. Təbii ki, müttəhimin şəxsiyyəti, sağlamlığı, yaşı və cinayətdə rolu nəzərə alınaraq barəsində ev dustaqlığı qətimkan tədbiri seçilə bilər.

İttiham olunan şəxsin cinayət tərkibi istintaq dövründə tam sübuta yetirilərsə, məhkəməyə veriləcək, məhkəmə də ona 12 ildən 20 ilə və ya ömürlük cəza tətbiq edə bilər", - deyə vəkil vurğulayıb.

Tarix
2025.10.15 / 12:48
Müəllif
Axar.az
Digər xəbərlər

Burdayam, hazırlıq gedir... - Gültəkin Hacıbəyli

Güneydən 183 yazarın Bakıya etirazı - O, təmsilçimiz ola bilməz!

Azərbaycanlı aparıcı ermənini efirdə susdurdu - Video

Əliyənnağı Hüseynov Təbrizdən geri çağırıldı

“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir

Kamran Əliyev ABŞ-da

Ohanyanın ölkədən çıxışına qoyulan qadağa ləğv edildi

Prezidentin geri çağırdığı səfirə yeni vəzifə verildi

Ağdərə sakini minaya düşdü, vəziyyəti ağırdır

İraqlı nazir Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla