Yuxarı

Şuşaya infotur təşkil edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşaya infotur təşkil edildi - Video

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Şuşa şəhərinə növbəti infotur təşkil olunub.

Komitədən Axar.az-a verilən məlumata görə, infoturda Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində gəlirgətirən fəaliyyətlərə cəlb olunmuş bir qrup keçmiş məcburi köçkün iştirak edib.

Onlar şəhərlə tanış olub, burada aparılan bərpa-quruculuq işləri, yaradılan məşğulluq imkanları barədə məlumatlandırılıblar.

Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına əsasən, şəhərdə genişmiqyaslı yenidənqurma tədbirləri həyata keçirilir, infrastruktur bərpa olunur, burda işləyən və yaşayan insanlar üçün zəruri şərait yaradılır. İnfotur iştirakçıları Şuşa şəhərində tarixi və təbiət abidələri ziyarət edib, həmçinin, şəhərdə Böyük Qayıdış prosesi çərçivəsində doğma yurda qayıdan məcburi köçkün ailələri üçün yaradılan şəraitlə yaxından tanış olublar. Keçmiş məcburi köçkünlər infoturun çox faydalı və maarifləndirici olduğunu qeyd ediblər.

Bildirilib ki, belə infoturlar Böyük Qayıdışın gedişi, bölgədə daimi məskunlaşma və iqtisadi fəaliyyətə inteqrasiya prosesi ilə yaxından tanış olmaq, gələcək üçün planlar qurmaq baxımından böyük əhəmiyyət kəsb edir. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş digər ərazilərə də infoturların keçirilməsi davam etdiriləcək.

Tarix
2025.10.15 / 15:08
Müəllif
Axar.az
Digər xəbərlər

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildi

TRİPP layihəsi bütün bölgə üçün faydalı olacaq

Prezident Elina Valtoneni qəbul etdi - Foto

Ceyhun Bayramov ATƏT-in sədri ilə görüşdü

Azərbaycan son 22 ildə böyük uğurlar qazanıb

Mehdiyevin xaricə uzanan ƏLİ: ORDU-ya milyardlar gedir...

Korrupsiyanı anladıq: bəs, vətənə xəyanət nədir?

Ramiz Mehdiyevin Rusiyadan aldığı medallar

PA rəhbəri Mehdiyevi deputat MM-də darmadağın edir - Video

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla