Yuxarı

Bu marşrutlar üzrə müsabiqələrin qalibləri bəlli oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu marşrutlar üzrə müsabiqələrin qalibləri bəlli oldu

Azərbaycanda daha bir neçə marşrut avtobuslarının istiqaməti üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.

Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, Gəncə-Qazax və Qazax-Gəncə, Şəmkir – Gəncə, Gəncə – Goranboy və Goranboy – Gəncə, Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal), Könüllü (Şəmkir) – Gəncə (avtovağzal), Qovlarsarı (Samux) – Gəncə (dəmiryol vağzalı) və Qarabağlar (Samux) – Gəncə (dəmiryol vağzalı) avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Gəncə – Qazax və Qovlarsarı (Samux) – Gəncə (dəmiryol vağzalı) marşrutları üzrə fiziki şəxs Taleh Qafar oğlu Əsgərov, Qazax – Gəncə marşrutu üzrə fiziki şəxs Xəyal Vəli oğlu Mirzəyev, Şəmkir – Gəncə və Könüllü (Şəmkir) – Gəncə (avtovağzal) marşrutları üzrə hüquqi şəxs "Şəmkir-Sərnişinnəqliyyat" ASC, Gəncə – Goranboy, Goranboy – Gəncə, Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal) və Qarabağlar (Samux) – Gəncə (dəmiryol vağzalı) marşrutları üzrə hüquqi şəxs "Simurq-Avto" MMC qalib elan olunublar.

Qeyd edək ki, müsabiqələrin nəticəsinə əsasən, Gəncə – Qazax, Qazax – Gəncə və Şəmkir – Gəncə istiqamətləri üzrə istismar ediləcək avtobuslar 2025-ci il istehsalı olan müasir nəqliyyat vasitələridir.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.

Tarix
2025.10.15 / 14:56
Müəllif
Axar.az
Digər xəbərlər

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildi

TRİPP layihəsi bütün bölgə üçün faydalı olacaq

Prezident Elina Valtoneni qəbul etdi - Foto

Ceyhun Bayramov ATƏT-in sədri ilə görüşdü

Azərbaycan son 22 ildə böyük uğurlar qazanıb

Mehdiyevin xaricə uzanan ƏLİ: ORDU-ya milyardlar gedir...

Korrupsiyanı anladıq: bəs, vətənə xəyanət nədir?

Ramiz Mehdiyevin Rusiyadan aldığı medallar

PA rəhbəri Mehdiyevi deputat MM-də darmadağın edir - Video

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla