Yuxarı

Ərdoğan erməniləri təhqir etdi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan erməniləri təhqir etdi - Video

Türkiyədə keçiriləcək prezident seçkisinin ən favorit namizədi Rəcəb Tayyib Ərdoğan NTV-də tanınmış jurnalist Oğuz Haksevərin aparıcılıq etdiyi "Namizədlər danışır" proqramında qonaq olub.

ANS-in verdiyi məlumata görə, Ərdoğan proqramda ölkədəki məzhəb qarşıdurmalarından və ertnik mübahisələrdən danışıb. Özü barədə də bu cür iddialar irəli sürüldüyünü deyən Ərdoğan türk oğlu türk olduğunu vurğulayıb.

"Mənim gürcü olduğumu dedilər. Hətta bundan da çirkin şeylər deyənlər oldu, "ermənidir" dedilər. Mənimsə atamdan, babamdan eşitdiyim bir şey var: Türk oğlu türkəm!"

Ərdoğanın fikrini bu cür ifadə etməsi sosial şəbəkədə uzun müddət müzakirə mövzusu olub. Müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) Kocaelidən olan millət vəkili Xurşid Günəş bu ifadə tərzinə görə, Ərdoğanı məhkəməyə verməyə hazırlaşır. Günəş Ərdoğanın konstitusiyanın 10-cu, cinayət məcəlləsinin 122 və 216-cı maddələrini pozduğunu iddia edib.

"Utanmazlığa bir baxın. Ərdoğan erməniliyə çirkin deyir. Yazıqlar olsun! Bir insana səhvən də olsa, erməni demək çirkin bir iftira deyil. Bunu belə dəyərləndirmək irqçilikdir! Ərdoğanın ağzından çıxanı qulağı eşitmir. O, prezident olarsa, Türkiyə sadəcə tiran yox, həm də irqçi seçmiş olacaq. Erməni həmvətənlərimiz inciməsinlər. Onun ağlı yerində deyil. Dünya bu irqçini tanısın. Erməni olma iddiasını çirkin bir iftira kimi göstərir. Hrant Dinki kim öldürdü? Heç axtarmayın. Onu öldürən düşüncə prezidentliyə namizəd oldu. Bəs bu adam yaradılanı Yaradandan ötrü sevirdi? Ermənini Allah yaratmayıbmı? Deməli, ya yalançıdır, ya da Yaradanı sevmir. Bu gün ilk işim prokurorluğa gedərək Ərdoğandan şikayət etmək olacaq..." – deyə, CHP millət vəkili açıqlamasında bildirib.

Tarix
2014.08.06 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla