Yuxarı

“Qafqazın ən güclü ordusu Azərbaycanındır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qafqazın ən güclü ordusu Azərbaycanındır”

Türkiyənin www.gazetekars.com xəbər portalı Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun müsahibəsini türk dilində yayıb.

AzərTac xəbər verir ki, "Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur və qarşısına qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir" sərlövhəli müsahibədə son günlər Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində yaranmış ciddi gərginliyin səbəblərinə aydınlıq gətirilir. Diqqəti işğalçı ordunun kəşfiyyat-təxribat qrupları tərəfindən dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə edilən basqınlara yönəldən Əli Həsənov Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı qondarma rejimin beynəlxalq hüquqa zidd əməllərindən bəhs edir. Qeyd olunur ki, erməni təxribatçı qrupları qarşılarına qoyduqları məqsədə nail ola bilməmiş və ciddi itkilər verərək geri çəkilmişlər.

Təqdim olunan müsahibədə, həmçinin, Ermənistanın beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymamasından, danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutmasından, Azərbaycan Ordusunun işğal olunmuş torpaqları azad etmək əzmindən və xalqımızın nikbin əhval-ruhiyyəsindən də söhbət açılır.

Müsahibə ilə BURADAN tanış olmaq mümkündür.

Tarix
2014.08.09 / 01:07
Müəllif
Axar.az
Digər xəbərlər

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla