Yuxarı

Elmar Məmmədyarov səfirlə Qarabağ haqda danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elmar Məmmədyarov səfirlə Qarabağ haqda danışdı

Misirin Azərbaycanda yeni təyin olunmuş səfiri Adel İbrahim Əhməd İbrahim Xarici İşlər Nazirliyində olub.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, nazir Elmar Məmmədyarovla keçirilən görüşdə tərəflər Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin səviyyəsi və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlıqdan məmnunluq ifadə ediblər və bu münasibətlərin daha da gücləndirilməsi üçün birgə səy göstərilməsinin vacibliyini vurğulayıblar.

Söhbət zamanı Azərbaycanla Misir arasında iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib. Bu xüsusda, enerji sahəsində SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında faydalı əlaqələrin qurulduğu bildirilib və bu əməkdaşlığın böyük perspektivlərinin olduğu vurğulanıb.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Nazir Elmar Məmmədyarov iki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində sıx əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini qeyd edib. Misirin Qoşulmama Hərəkatının təsisçi dövlətlərindən biri olduğu qeyd olunaraq, aprelin 3-6-da ölkəmizdə keçiriləcək Qoşulmama Hərəkatının nazirlər konfransı və 2019-2022-ci illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi barədə fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verərək, BMT TŞ-nın münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnaməsinin tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilməməsini diqqətə çatdırıb.

Səfir Adel İbrahim Əhməd İbrahim diplomatik fəaliyyəti müddətində tarixi dostluq əlaqələri ilə bir-birinə bağlı olan Azərbaycan və Misir arasında siyasi, iqtisadi, ticarət, elm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Tarix
2018.04.02 / 18:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla