Yuxarı

Qubada ağır qəza: yaralılar var

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qubada ağır qəza: yaralılar var

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az-ın APA-ya istinadla məlumatına görə, qəza rayonun Rustov kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, VAZ-2107 markalı minik avtomobili yolun kənarında dayanmış “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Zərbənin təsirindən minik avtomobili yük avtomobilinin altına girib.

Hadisə zamanı avtomobildə ər-arvad və daha bir sərnişin olmaqla ümumilikdə üç nəfər olub.

Qəza nəticəsində sürücü və ön oturacaqda əyləşən sərnişin ağır bədən xəsarətləri alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir.

Arxa oturacaqda olan sərnişin isə müxtəlif dərəcəli yüngül xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2026.07.05 / 01:33
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla