Yuxarı

Əminəm ki, Azərbaycana axın artacaq - Pololikaşvili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əminəm ki, Azərbaycana axın artacaq - Pololikaşvili

Aprelin 4-də Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə görüşüb.

Nazirlikdən Axar.az-a bildirilib ki, görüşdə nazir Əbülfəs Qarayev ölkədə turizm sahəsinin inkişafı ilə bağlı dövlət tərəfindən görülən işlər barədə geniş məlumat verib. Qeyd edib ki, bu işlərin məntiqi nəticəsi olaraq ötən il Azərbaycana gələn turistlərin sayı 24 faiz artıb. Habelə ölkədə turizmin müxtəlif növləri inkişaf edir.

Azərbaycanın regional turizmin inkişafında da maraqlı olduğunu qeyd edən nazir uzaq ölkələrdən səfər edən turistlər üçün Azərbaycan-Türkiyə-Gürcüstanı əhatə edən İpək Yolu turizm marşrutunun təklif olunduğunu vurğulayıb.

Sonra turizmdə kadr hazırlığından danışılıb və Azərbaycan Turizm və Menecment Universitetinin fəaliyyəti haqqında məlumat verilib. Qeyd olunub ki, bu universitet Avstriyanın nüfuzlu Krems Universiteti ilə əməkdaşlıq edir və tədrisi onun proqramı əsasında həyata keçirir.

Zurab Pololikaşvili Dünya Turizm Təşkilatının baş katibi kimi Azərbaycana ilk səfərinin aprelin 5-7-də ölkəmizdə keçiriləcək 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2018” sərgisinə təsadüf etdiyindən məmnunluğunu bildirib. O, dünya turizmində Azərbaycana marağın artdığını vurğulayıb. Həmçinin qeyd olunub ki, Azərbaycan Dünya Turizm Təşkilatında çox fəal təmsil olunur və bu təşkilatın layihələrində yaxından iştirak edir.

Z.Pololikaşvili Azərbaycanda turizm infrastrukturunun inkişafı ilə bağlı dövlət tərəfindən görülən işlərin nəticəsi olaraq gələcəkdə Azərbaycana turist axınının daha da artacağına əminliyini ifadə edib.

Daha sonra Azərbaycan və Dünya Turizm Təşkilatı arasında ölkədə turizm sahəsinin inkişafı ilə bağlı görülən işlərdən danışılıb.

Tarix
2018.04.05 / 00:26
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

TRİPP üzrə yekun saziş bu tarixdə imzalanacaq

Əsədov Mişustinlə telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla