Yuxarı

Müdafiə Nazirliyinin texniki xətası, yoxsa... – Replika/Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müdafiə Nazirliyinin texniki xətası, yoxsa... – Replika/Foto

Ermənistan prezidenti Serj Sərkisyanın "armnevs" agentliyinə verdiyi və Azərbaycanın istənilən inkişaf etmiş şəhərini Ağdam kimi xarabazara çevirmək gücündə 300 km-lik hədəfi vura bilən raketlərə sahib olduğu ilə bağlı müsahibəsinə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yaydı.

Məlumatda diqqəti çəkən məqam Ermənistan prezidentinə layiq olduğu cavabdan daha çox, Serj Sərkisyan (serj sarqsyan) və Ermənistan (ermənistan) adlarının kiçik hərflə yazılması idi.

Bir neçə yerdə təkrar olunan bu adların orfoqrafiya xətası olduğunu hesab etməkdən uzağıq. Çünki bütün təkrarlarda sözügedən adlar kiçik hərflə verilib və aradan keçən bu müddətdə düzəldilməyib.

Əslində, "sovet dövründən qalma, nasaz, vaxtı keçmiş və köhnəlmiş silah-sursat, o cümlədən maye yanacaq mühərrikli "Skad" tipli raketlə" yalnız balaca ermənistanın bap-balaca başçısı serj sarqyanın öyünə biləcəyinə edilən işarə bir əsgərin orfoqrafiyadan da silah kimi istifadə cəhdindən doğan incə bir mesajdır.

Bu mesajı foto-skrində müşahidə edə bilərsiz.

Tarix
2014.08.11 / 23:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

İranın işi qəlizləşdi: Sərrafı naşı, Arifi nadan...

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla