Yuxarı

“Bakı İrəvanın təhdidlərinə məhəl qoymayacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bakı İrəvanın təhdidlərinə məhəl qoymayacaq”

"Qarabağ məsələsinin həllinə təkan verəcək əsas məqamlardan biri də Ermənistanda Sərkisyanın hakimiyyətdən getməsi olacaq".

Bunu Axar.az-a açıqlamasında millət vəkili Fuad Muradov Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında baş tutan son görüşləri dəyərləndirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, Soçidə münaqişənin həlli yolunda mühüm irəliləyişlər əldə olunmasa da, ölkəmiz bundan sonra da öz səylərini planlı şəkildə davam etdirəcək:

"Bu cür görüşlərin keçirilməsi məsələnin həlli baxımından çox önəmlidir və belə görüşlər bundan sonra da gözləniləndir. Bildiyiniz kimi, Soçi görüşü Rusiyanın regionda diqqəti özünə cəlb etmək və guya Ermənistanla Azərbaycanı barışığa gətirmək üçün etdiyi bir jest idi. Ancaq nəticə göz qabağındadır. Nə Ermənistan, nə də Rusiya münaqişənin sülh yolu ilə həllində maraqlı deyillər".

Muradovun fikrincə, bundan sonra baş tutacaq növbəti görüşlərdə müəyyən irəliləyişlərin olması proqnozlaşdırılır:

"Azərbaycan hər zaman Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində istənilən görüşləri dəyərləndirməyə hazırdır. Çünki bu cür görüşlər məsələnin həlli yolunda irəliyə doğru atılan bir addımdır. Buna görə də rəsmi Bakı bundan sonra da, İrəvanın boş təhdidlərinə məhəl qoymayaraq, öz mövqeyini bəlli bir şəkildə davam etdirəcək".

Fuad Muradov sonda onu da vurğuladı ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda əsas maneələrdən biri də Sərkisyanın uğursuz diplomatiyasıdır: "Ermənistan tərəfinə hazırkı vəziyyət sərf edir ki, hazırkı hakimiyyəti qoruya bilsinlər. Azərbaycan üçün isə əlverişli məqam Ermənistan cəmiyyətinin Sərkisyan hakimiyyətini devirdiyi vaxt olacaq".

Tarix
2014.08.12 / 09:27
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Trampın planı Xəzər dənizinə görə iflasa uğradı - İnanılmaz

Overçuk Azərbaycana gəldi

Azərbaycanda gənc çağırış zamanı şok yaşadı - Video

Burada Əliyev və Putin əsas rol oynayıb - Korotçenko

Manatın məzənnəsi barədə qərar verildi

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin cəzası bəlli oldu

Suşi sexində ciddi nöqsanlar aşkarlandı

Baş nazirdən “Sea Breeze Resort”la bağlı qərar

Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi...

Baş nazirdən bu rayonlarla bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla