Yuxarı

Məmur özbaşınaşılığı qalmaqal yaratdı: işə prokuror qarışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy Rayon Qaradağlı kənd sakinləri prokurorluğun qarşısında toplaşıb.

Bu barədə Axar.az-a məlumat verən sakinlərin sözlərinə görə, problemin yaranmasına səbəb Qaradağlı kənd sakinləri ilə rayon suvarma sistemləri idarəsinin rəisi Gündüz Bağırov arasında olan insidentdir. Goranboy Rayon İcra başçısının qəbul günü ilə əlaqədar idarəyə gələn kənd sakinləri torpaqların suvarılması üçün daha mühüm işlərin görülməsini istəyiblər. Bunun əvəzində isə Gündüz Bağırov icra başçısının birinci müavininin qarşısında kənd sakinlərinə qarşı ağır ifadələr işlədib.

Hadisə şahidləri Gündüz Bağırovun Qaradağlı kənd sakinlərinə qarşı hətta əl qaldırdığını söyləyirlər. Polislər isə dərhal Gündüz Bağırovu binadan uzaqlaşdırıb.

Rayon sakinləri bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etməklə yanaşı, prokurorluğun qarşısına toplaşaraq, Gündüz Bağırovun əməlinə hüquqi qiymət verilməsini istəyirlər.

Goranboy Rayon Prokurorluğundan Axar.az-a verilən açıqlamada kənd sakinlərinin binanın qarşısında toplandığı təsdiqləndi:

"Suvarma məsələsi ilə əlaqədar etirazlarını bildirirdilər. Kənd sakinlərini şəxsən prokuror Əmirxan Abbasov və onun müavini qəbul etdi. Kəndin icra nümayəndəsi də prokurorluğa gəlmişdi. Hazırda məsələ demək olar ki, həll olunub və onlar öz evlərinə qayıdırlar".

Qeyd edək ki, Qaradağlı kənd sakinlərinin əksəriyyəti Ermənistandan Azərbaycana deportasiya edilmiş qaçqınlardır.

Tarix
2014.08.20 / 12:53
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla