Yuxarı

Telman İsmayılov hücuma keçdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvadakı "Çerkizov” bazarının sahibi olmuş Azərbaycan əsilli müflis oliqarx-milyarder, sifarişli qətllərə görə hazırda axtarışda olan Telman İsmayılov "Rosbalt” agentliyinə qarşı məhkəmə iddiası qaldırıb.

Virtualaz.org xəbər verir ki, AST Telman agentliyi onun işgüzar nüfuzuna, şərəf və ləyaqətinə zərbə vurmaqda günahlandırır, barəsində dərc edilmiş seriya məqalələrə görə 1 milyon rubl təzminat tələb edir.

İsmayılovun vəkili Marina Rusakova RBC-ya bildirib ki, agentlik onun müdafiə etdiyi şəxs barədə dəfələrlə yalan məlumat yayıb, bu zaman guya "Rusiya İstintaq Komitəsindəki mənbəyə” istinad edib. "Rosbalt”ın baş redaktoru Nikolay Ulyanov isə bildirib ki, ona iddia barədə hələlik heç nə məlum deyil.

Rusiya İstintaq Komitəsi Telman İsmayılovu və qardaşını iki biznesmenin qətlinə sifariş verməkdə, mütəşəkkil cinayətkar qruplaşma formalaşdırmaqda ittiham edir. Onun qardaşı Vaqif İsmayılov hazırda həbsdədir. T.İsmayılov isə Avropa ölkələrindən birindədir, barəsində beynəlxalq axtarış elan edilib. Bu yaxınlarda o, uzun müddətdən bəri ilk dəfə üzə çıxıb və internet vasitəsilə müraciət yayaraq, barəsində irəli sürülən itthamların sübuta söykənmədiyini, habelə qardaşının həyatına təhlükə olduğunu bildirib.

Tarix
2018.05.19 / 21:09
Müəllif
Axar.az
Digər xəbərlər

Nikol Zəngəzuru gizli müzakirəyə çıxardı: 3 ölkəyə səfər...

Berdiməhəmmədov səfərinin əsas məqsədini açıqladı

İlham Əliyev Berdiməhəmmədovla görüşdü

Dəməşqdən sonra Tehran da qurban verildi: İranı nə gözləyir?

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla