Yuxarı

Şıxlinskinin oğlu barəsində həbs qərarı verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şıxlinskinin oğlu barəsində həbs qərarı verildi

11:32

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskiyə qarşı cinayət işi açılıb.

Axar.az xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Vəkillər Palatasının prezidenti İqor Putintsev məlumat verib.

"Vəkillər Palatası Mutvalı Şıxlinskiyə qarşı cinayət təqibinin aparıldığı barədə məlumatı təsdiqləyib", - agentliyin həmsöhbəti bildirib.

Putintsev Şıxlinskinin hansı maddə ilə ittiham oluna biləcəyini dəqiqləşdirməyib.

Daha əvvəl güc strukturlarında bildirmişdilər ki, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski saxlanılıb. Daha sonra o azad edilib.

***

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski məhkəməyə gətirilib.

***

Hökumət nümayəndəsinə xəsarət yetirməkdə ittiham olunan Mutvala Şıxlinski məhkəmədə ifadə verib.

O bildirib ki, hökumət rəsmisinə qəsdən zərər vurmayıb və baş verənlərdən peşmandır:

"Bu, qəsdən olmadı. Onu görmədim, sağımda idi, sonradan gördüm. Baş verənlərdən çox təəssüflənirəm".

Lenin rayon məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Lakin qərar qüvvəyə minməyib və apelyasiya qaydasında şikayət verilə bilər.

Azərbaycan diaspor rəhbərinin oğlunun həbs qətimkan tədbiri ilə bağlı proses mətbuata qapalı keçirilib.

Tarix
2025.07.16 / 19:46
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab

Türkiyənin "Ay Ulduz"u: Pentaqondan 3 dəfə böyük...

Mustafayev Bayraqdarla hərbi əməkdaşlığı müzakirə etdi

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla