Yuxarı

Yol polisi sürücülərə xəbərdarlıq etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bəzən sürücülər hava və yol şəraitini, hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq vaxtını nəzərə almadan avtomobillərini bu və ya digər səbəbdən yolun hərəkət hissəsində saxlamaqla təhlükəli vəziyyət yaratdıqlarının fərqinə varmırlar.

Qanuna əsasən, sürücü baş vermiş qəzanın daha bir xoşagəlməz hadisəyə səbəb olmaması üçün ilk növbədə qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı və ən qısa zamanda yolun hərəkət hissəsini boşaltmağa çalışmalıdır.

Eləcə də, avtomobil sıradan çıxdıqda, sürücü onu yoldan tamamilə kənara, bu mümkün olmadıqda səki və ya yol çiyninə çəkməli, digər sürücüləri xəbərdar etmək üçün zəruri təhlükəsizlik tədbirləri görməlidir.

BDYPİ səhlənkarlıq səbəbindən dəfələrlə ağır faciələrin yaşandığını bir daha sürücülərin diqqətinə çatdırır, onları özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağa çağırır.

Tarix
2025.07.16 / 11:45
Müəllif
Axar.az
Digər xəbərlər

Qafarova Berdiməhəmmədovla görüşdü - Foto

Paşinyan Əliyevlə son görüşündən danışdı

Berdiməhəmmədovun səfərinin əsl səbəbi...

Putin Trampa başqa seçim qoymadı: 50 gündə nələr olacaq?

Paşinyan: Təəssüf ki, Qarabağla bağlı gec qərar verdim

Emin rus aparıcıları onlarla əvəzlədi

Paşinyan: Bu, Bakı ilə müzakirə masasındadır

İrəvan-Bakı-Moskva formatı işləmir, çünki inanmırıq

O da Bakıdadır: Leyla Əliyeva ilə görüşdü - Foto

ABŞ-ın Zəngəzur təklifinə Paşinyandan mühüm cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla