Yuxarı

Bakıda kişi arvadından üzr istəmədiyi üçün cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda kişi arvadına vurduğu bir şilləyə görə cərimələnib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu qəsəbəsində baş verib. Sabunçu rayon sakini Elşad Məmmədov (soyad şərtidir) həyat yoldaşı ilə mütəmadi mübahisə edirmiş. İçki düşkünü olan Elşad hər dəfə evdə müəyyən mübahisələr yaradıb.

Bir müddət əvvəl Elşad yenidən evdə mübahisə edib və arvadını ona cavab qaytardığı üçün döyüb. Həyat yoldaşı isə bu barədə polisə məlumat verib.

Fakt üzrə cinayət işi başlanıb və iş məhkəməyə gedib.

Sabunçu Məhkəməsində keçirilən porsesdə kişi həyat yoldaşından üzr istədiyi üçün cinayət işinə xitam verilib.

Amma mübahisə bununla yekunlaşmayıb. Bir neçə gün əvvəl Elşad yenidən sərxoş vəziyyətdə evə gələrək həyat yoldaşından yemək istəyib. Qadın ona yemək verməkdən imtina edib və yenidən cütlük arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Elşad həyat yoldaşına bir şillə vurub evdən çıxıb.

Qadın bir gün gözləsə də, kişi ondan etdiyi hərəkətə görə üzr istəməyib. Yekunda o, bu barədə polisə məlumat verib və fakta görə yenidən cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə E.Məmmədova 1500 manat cərimə cəzası təyin edilib.

Tarix
2025.07.16 / 17:49
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Berdiməhəmmədov nahar etdi

Paşinyan “paraflanma”ya tələsir: Bakı niyə “isti yanaşmır”?

Nikolun mətbuat konfransı: Bakıya və Kremlə mesaj göndərdi

Əliyev və Berdiməhəmmədov “Sea Breeze”də - Foto

Hərbi prokurorun işdən çıxarılan müavininin - Dosyesi

Adəm Məmmədov həbsdə qaldı

Qafarova Berdiməhəmmədovla görüşdü - Foto

Paşinyan Əliyevlə son görüşündən danışdı

Berdiməhəmmədovun səfərinin əsl səbəbi...

Putin Trampa başqa seçim qoymadı: 50 gündə nələr olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla