Yuxarı

161 əcnəbinin Azərbaycana girişi məhdudlaşdırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025-ci ilin iyun ayı ərzində miqrasiya qanunvericiliyinin tələblərini pozan 161 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb.

Axar.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu ilin 6 ayı ərzində 185 ölkənin vətəndaşı tərəfindən ölkə ərazisinə 1 217 558 giriş qeydə alınıb. Eyni zamanda, cari ilin 6 ayı ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 119 ölkənin vətəndaşı barədə ümumilikdə 9 714 inzibati qərar qəbul edilib. Onlardan 1 007 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb:

"2025-ci ilin müvafiq dövrü ərzində 141 ölkə vətəndaşı tərəfindən Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama icazəsinin alınması (müvəqqəti uzadılması) ilə bağlı 33 342 müraciət daxil olub. Bu ilin iyun ayı ərzində 167 ölkənin vətəndaşı tərəfindən ölkə ərazisinə 237 510 giriş qeydə alınıb. Müvafiq dövr ərzində qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində 750 şəxs saxlanılıb”.

Tarix
2025.07.16 / 19:54
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı MMA döyüşçüsü Rusiyadan deport edilir - Video

Əliyevlə Berdiməhəmmədov nahar etdi

Paşinyan “paraflanma”ya tələsir: Bakı niyə “isti yanaşmır”?

Nikolun mətbuat konfransı: Bakıya və Kremlə mesaj göndərdi

Əliyev və Berdiməhəmmədov “Sea Breeze”də - Foto

Hərbi prokurorun işdən çıxarılan müavininin - Dosyesi

Adəm Məmmədov həbsdə qaldı

Qafarova Berdiməhəmmədovla görüşdü - Foto

Paşinyan Əliyevlə son görüşündən danışdı

Berdiməhəmmədovun səfərinin əsl səbəbi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla