Rusiyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlıların bir qismi müxtəlif yollarla Ukrayna ilə müharibəyə cəlb olunur.
Axar.az xəbər verir ki, Rusiyada yaşayan azərbaycanlılara bunun müqabilində yaxşı maaş və güzəştlər vəd olunur, bəzilərinə isə zor tətbiq etməklə müharibəyə getməyə məcbur edirlər - onlar hədə-qorxu və deportasiya riski ilə üz-üzə qalırlar. Rusiya tərəfindən müharibədə iştiraka cəlb olunan soydaşlarımızıdan bəziləri müharibədən geri qayıtmayıb, əvəzində cənazələri gəlib.
"Xəzər Xəbər" Rusiya tərəfindən Ukraynda döyüşərək öldürülən azərbaycanlılardan birinin - Zərdab rayonunun Məlikli kənd sakini Fəxri Hacıyevin evindən reportaj hazırlayıb. Materialda bildirilir ki, F.Hacıyev 52 yaşında müharibəyə aparılıb və döyüşdə öldürülüb. Məhrumun qardaşı Ziyəddin Hacıyev bildirib ki, mərhumun müharibədə necə olduğunu anlaya bilməyiblər, hər şey anidən baş verib. O, qardaşının zorla döyüşlərə cəlb olunduğunu ehtimal edir. F.Hacıyev cəmi 10 günlük təlimdən sonra Mariopola - Ukraynaya göndəriib, ona “azad olumuş ərazilər”də qulluq keçəcəyi bildirilib.
Z.Hacıyev deyib: "Qardaşım heç nə deyə bilmirdi, elə salam-sağol eləyirdi, başa düşürdüm, ona təzyiq var ki, artıq-əskik heç nə danışmasın".
Reрortajda bildirilir ki, Rusiyada qeyri-ruslardan və xüsusən də azərbaycanlılardan alət kimi istifadə olunur, onlara hərbi təlim keçilir. Soydaşlarımızdan çoxu məcburən və ya bilmədən Rusiya həri sisteminə qoşulsalar da, sonradan müxtəlif çətinliklərlə üzləşirlər. Onlar təlim düşərgələrindən, poliqon və döyüş bölgələrindən ailələri ilə əlaqə saxlayıb yardım istəməyə çalışırlar.
Goranboy rayonunun Borsunlu kənd sakini Şəhruz Əliquliyev də videomüraciətində Rusiya ordusuna qoşulduqdan sonra çətinliyə düşdüyünü bildirərək, əlaqəli şəxslərdən kömək istəyib.
Azərbaycanı aidiyyatı orqanları bildirirlər ki, belə hallarla üzləşən soydaşlarımız dərhal ölkəmizin diplomatik nümayəndəliyinə məlumat verməli, həmçinin bu prosesləri ictimailəşdirməlirdirlər.
Sözügedən məlumatlandırma sayəsində artıq zorla Rusiya ordusuna cəlb olunanlar arasından geri qayıdanlar da var. Belə ki, Çeçenistanda saxlanılan və Ukraynaya göndərilməli olan üç Azərbaycan vətəndaşı XİN-in yardımı ilə ölkəyə gətirilib.
Xatırladaq ki, Azərbaycan qanunvericiliyən görə, vətəndaşlığı olmadığı ölkədə azərbaycanlıların muzdlu kimi döyüşməsi qadağandır. Cinayət Məcəslləsinə görə belə şəxsləri ağır həbs cəzası gözləyə bilər.