Yuxarı

Hərbi prokurorun işdən çıxarılan müavininin - Dosyesi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, respublika hərbi prokurorunun müavini işdən azad olunub. Baş prokuror Kamran Əliyev bununla bağlı əmr imzalayıb. Sözügedən əmrə əsasən, hərbi prokurorun müavini Mehdi Hüseynzadə vəzifəsindən azad edilib.

Bu vəzifənin icrası Hərbi Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi Nihad Şıxəliyevə həvalə olunub.

Kamran Əliyevin digər əmri ilə Baş Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru Ağakişi Acalov Sumqayıt hərbi prokuroru təyin edilib.

Axar.az Modern.az-a istinadən hərbi prokurorun işdən çıxarılan müavini Mehdi Hüseynzadənin tərcümeyi-halını təqdim edir:

Mehdi Tofiq oğlu Hüseynzadə 19 may 1976-cı ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olub. 1991-ci ildə Bakı şəhəri 99 saylı orta məktəbi bitirib. 1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb.

1997-1999-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət hüququ və cinayət prosesi” ixtisaslaşması üzrə magistratura pilləsində oxuyub.

Mehdi Hüseynzadə 10.03.1999-cu il tarixdən 17.05.1999-cu il tarixədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Xalq qəzeti”ndə siyasət şöbəsinin müxbiri işləyib, 18.05.1999-cu il tarixdən 30.11.1999-cu il tarixədək isə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsində əməliyyat müvəkkili vəzifəsində, ədliyyə polis leytenantı rütbəsində xidmət edib.

Magistr pilləsini fərqlənmə diplomu ilə bitirməklə Bakı Dövlət Universitetinin təqdimatına əsasən, Mehdi Hüseynzadə 30.11.1999-cu ildən prokurorluq orqanlarına işə qəbul olunaraq, həmin tarixdən Tərtər hərbi prokurorluğunun böyük müstəntiqi, 20.04.2001-ci ildən Sumqayıt hərbi prokurorluğunun müstəntiqi, 21.05.2003-cü ildən Sumqayıt hərbi prokurorunun böyük köməkçisi, 14.10.2004-cü ildən Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, 26.05.2006-cı ildən isə həmin idarənin mühüm işlər üzrə böyük müstəntiqi vəzifələrində çalışıb.

O, 22.06.2010-cu ildə Tərtər hərbi prokuroru, 24.06.2013-cü ildə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi, 07.07.2020-ci ildə isə Respublika Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Mehdi Hüseynzadə 17.03.2022-ci ildə Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyin olunaraq, ədliyyə polkovniki rütbəsinə yüksəlib.

Ailəlidir, üç övladı var.

Tarix
2025.07.16 / 19:21
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Berdiməhəmmədov nahar etdi

Paşinyan “paraflanma”ya tələsir: Bakı niyə “isti yanaşmır”?

Nikolun mətbuat konfransı: Bakıya və Kremlə mesaj göndərdi

Əliyev və Berdiməhəmmədov “Sea Breeze”də - Foto

Adəm Məmmədov həbsdə qaldı

Qafarova Berdiməhəmmədovla görüşdü - Foto

Paşinyan Əliyevlə son görüşündən danışdı

Berdiməhəmmədovun səfərinin əsl səbəbi...

Putin Trampa başqa seçim qoymadı: 50 gündə nələr olacaq?

Paşinyan: Təəssüf ki, Qarabağla bağlı gec qərar verdim

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla