Yuxarı

İdarə rəisi həbs edildi – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaradağ Metal Konstruksiya zavodundakı faciə ilə əlaqədar istehsalat rəisi həbs edilib.

Axar.az xəbər verir ki, iyulun 18-də bir fəhlənin ölümü, birinin ağır yaralanması ilə nəticələnən faciə ilə əlaqədar artıq cinayət işi başlanıb.

Bakı Şəhər Prokurorluğunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Günel Məmmədova Axar.az-a açıqlamasında faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2 maddəsi ilə cinayət işi başlanıldığını bildirdi:

"İş üzrə Yusifov Hafiz Məhərrəm oğlu tutularaq istintaqa cəlb olunub. Barəsində Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib".

Qeyd edək ki, iyul ayının 18-də Qaradağ Metal Konstruksiya zavodunda faciəvi hadisə baş vermişdi. İki nəfər fəhlə tikinti maşınının səbətində zavodun havalandırma sistemini tənzimləyən zaman maşın işə salınmış və yerindən tərpənmişdi. Bu zaman müvazinətini saxlaya bilməyən hər iki fəhlə səbətdən yıxılmışdı. Fəhlələrdən biri hadisə yerindəcə keçinmişdi, digəri isə ağır vəziyyətdə xəstəxanaya aparılmışdı.

Tarix
2014.08.27 / 16:48
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi

NK-nın Milli Məclisdə hesabat vermə tarixi dəyişir

İlham Əliyev Bakı Ekspo Mərkəzində...

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl...

Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək

Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır

Meksikada qadın namizəd güllələndi

İlham Əliyev Okay Məmişi qəbul etdi

Prezident Yaşar Güləri qəbul etdi - Foto

Kipr və Qvatemalada 3 Azərbaycan vətəndaşı həbs edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla