Yuxarı

Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır

UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Report-a UNİSEF-in Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya İdarəsinin regional rəhbəri İrina Mazur (Iryna Mazur) təsdiqləyib.

Bildirilib ki, UNİSEF-in Azərbaycandakı fəaliyyəti qarşıdakı aylarda mərhələli şəkildə dayandırılacaq.

“UNİSEF Azərbaycanda tərəfdaşlarla əməkdaşlığı regional ofisi və baş qərargahı vasitəsilə davam etdirəcək”, - o əlavə edib.

İrina Mazur vurğulayıb ki, 1993-cü ildən bəri UNİSEF Azərbaycan hökuməti ilə birgə çalışaraq uşaqlar üçün vacib xidmətlər və dəstək təmin edib:

“Son 30 il ərzində əməkdaşlığımız uşaq ölümlərinin azalmasına, keyfiyyətli təhsilə çıxışın genişlənməsinə və uşaq müdafiəsi sistemlərinin gücləndirilməsinə töhfə verib”.

Qeyd edək ki, UNİSEF dünyanın 190 ölkəsində uşaq hüquqlarını dəstəkləyən və qoruyan təşkilatdır.

Tarix
2025.05.13 / 11:53
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş nazirinin rəsmi qarşılanma mərasimi oldu

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla