Yuxarı

Türkiyədən 580 terrorçu çıxacaq, Öcalan isə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terror təşkilatı PKK-nın özünüləğv qərarından sonra Türkiyəni tərk edəcək terrorçuların sayı bəlli olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, terror təşkilatının Türkiyə, İraq, Suriya, Ermənistan və İranda yerləşən silahlı dəstələri İraqda təyin olunmuş nöqtələrdə toplanacaq.

Məlumata görə, hazırda Türkiyədə 580 terrorçu mövcuddur. Bu terrorçuların silahlarını yerə qoymaq üçün yaradılacaq təhlükəsiz dəhlizlərdən gedərək İraqın şimalına keçəcəkləri bildirilir.

Bundan başqa, terror təşkilatı üzvlərinin təslim etdiyi bütün silahlar qeydə alınacaq. Terrorçuların silahlarının mənsub olduğu ölkə, markası və növü kimi bütün detallar diqqətlə qeyd olunacaq.

Bundan əlavə, silahların təhvil-təslim prosesinin 3-4 ay ərzində başa çatdırılması gözlənilir. Həmçinin cinayətlə əlaqəsi olmayan təşkilat üzvləri vətəndaşı olduğu ölkələrə təhvil veriləcək.

Bu çərçivədə Türkiyənin təxminən 4 min vətəndaşının mərhələli şəkildə sərhəddə qəbul ediləcəyi qeyd olunur.

PKK-nın yüksək səviyyəli “liderləri” üçün isə vəziyyət fərqli qiymətləndirilir. Saylarının 300 olduğu deyilən terror təşkilatının “yuxarı” təbəqəsinin Türkiyədə olmasının riskli ola biləcəyi vurğulanır. Ona görə də həmin şəxslərin üçüncü ölkələrə göndərilməsi müzakirə edilə bilər.

PKK lideri Abdullah Öcalan üçün heç bir prosesin olmadığı, onun İmralıda qalmağa davam edəcəyi qeyd olunur.

Xatırladaq ki, ötən gün PKK özünüləğv qərarını açıqlayıb.

Tarix
2025.05.13 / 15:54
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Dövlət qulluqçularının reyestri qaydası ilə bağlı dəyişiklik

Bakının axtardığı milyarderi Ermənistan saxladı

Azərbaycanda "ərazi müdafiəsi" anlayışına yenidən baxılır?

Solovyov növbəti dəfə hörmətsizlik etdi - Bakıdan cavab

Bayramovla Lavrov danışdı: İsrail-İran qarşıdurması...

İlham Əliyev sabah Türkiyəyə gedəcək

İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı

İran 4 ölkə ilə “Böyük islam ordusu” yaradır?

Guya Bakı və Təl-Əviv razılaşıb: bu feykin məqsədi...

İsrail Ərdəbili “vurdu”, İran kanalları isə Bakını... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla